12px13px15px17px
Tarix:29/11/13

2014-cü ildə “Windows XP” və "Android” sistemli planşetlərin təhlükəsizlik təhdidləri artacaq


Şəbəkə təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Fortinet" şirkətinin ekspertləri 2014-cü ildə "Windows XP" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərə haker hücumlarının artacağını proqnozlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.  

Şirkət ekspertlərinin proqnozlarına əsasən, hakerlər onlarda olan boşluqları sərfəli qiymətə satmaq üçün aprelin 8-ni gözləyirlər ("Microsoft" korporasiyası 8 aprel 2014-cü ildən "Windows XP" sisteminin dəstəklənməsini dayandıracaq). Boşluqların yüksək qiymətə olacağı gözlənildiyindən onlardan kütləvi virusların yayılması üçün yox, iri şirkətlərə və ya yüksəkvəzifəli şəxslərə qarşı məqsədli hücumların edilməsi üçün istifadə olunacaq.
 
Ekspertlər güman edirlər ki, 2014-cü ildə "Android" əməliyyat sistemi üçün təhlükə sənaye idarəetmə sistemlərində yayılmağa başlayacaq, çünki mobil telefonların satış həcminin yaxın illərdə artımının dayanması gözlənilir. Odur ki, "Android" tərtibatçıları planşetlər, oyun konsolları, daşınan qurğular, məişət cihazları və sənaye idarəetmə sistemləri (ICS/SCADA) daxil olmaqla "Google"un əməliyyat sistemi üçün mənimsənilməmiş yeni bazarlar axtarmalıdırlar.

"Fortinet"in proqnozuna əsasən, gələn il bu qurğulara qarşı yönələn zərərli proqramların ilk nümunələri yaradılacaq.

Cinayətkarların diqqətini "Əşyalar interneti" də cəlb edəcək. Söhbət ev üçün elektrik enerjisindən istifadəni, soyuducularda temperaturu idarə edən avtomatlaşdırılmış qurğulardan, eləcə də ev sahiblərinin hansı vaxtda evə qayıtmasını göstərən məsafəli proqram təminatından gedir. Bu yeniliklər cinayətkarları maraqlandırmaya bilməz.

Qeyd edək ki, "NetMarketShare" şirkətinin məlumatına əsasən, 2013-cü ilin sentyabrında "Windows XP"-dən dünyanın 31,42 faiz kompüterində istifadə olunub. Digər analitik şirkət "Gartner"in məlumatına görə, aprelin 8-dək orta və iri müəssisələrin 15 faizindən çoxu "Windows XP"-dən istifadə edəcək və hər bir şirkətdə bu əməliyyat sistemi fərdi kompüterlərin ən azı 10 faizində quraşdırılacaq, - "Digit www.digit.ru" yazır.   
 



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024