Tarix:02/12/13
Belə ki, "Business Insider" mütəxəssislərinin hesablamalarına əsasən, "iOS" üçün yüklənən əlavələr tərtibatçıya 1 dollar qazanc gətirdiyi halda "Android" üçün proqram və ya oyun yaradıcısı bir yüklənən məhsula nisbətdə cəmi 19 sent qazanc əldə edir. Əlavələr daxilində alışların gəlirlərini (In-App Purchase) müqayisə etsək, "iOS" burda da üstünlüyə malikdir (müvafiq olaraq 1 dollar və 24 sent).
"iOS" sistemli qurğularda mobil reklamın satışından əldə olunan hər 1 dolların payı "Android" elektronikası üzrə analoji mədaxildə 77 sent təşkil edir.
Bu məlumatlar "Flurry" və "App Annie" hesabatlarının da yer aldığı bir neçə analoji işlərin tədqiqi nəticəsində əldə olunub. Hesabatlar "iPhone", "iPad" və "iPod touch" istifadəçilərinin "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon və planşet kompüter sahibləri ilə müqayisədə kontentə görə daha çox pul ödəməyə hazır olduqlarını təsdiq edib.
"Gartner" analitik şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, 2013-cü ilin yekunları üzrə "Apple App Store" və "Google Play Store" kimi ixtisaslaşmış mağazalardan yüklənən mobil əlavələrin sayı 102 milyard təşkil edəcək ki, bu da bir il əvvəllə müqayisədə 64 faiz çoxdur. Pulsuz əlavələrin payı 91 faiz yükləmə təşkil edəcək.
2017-ci ildə mobil proqram təminatı bazarında əldə olunan mədaxilin təxminən yarısı "In-App Purchase" modelindən istifadə edən tərtibatçıların məhsullarının payına düşəcək. Ötən il bu göstərici 11 faizə bərabər olub, 2013-cü ildə isə 17 faiz səviyyəsində olacağı gözlənilir.
"Juniper Research" analitiklərinin gözləntilərinə görə, 4 ildən sonra mobil proqram təminatı bazarında gəlirlərin təqribən ¼ hissəsini "In-App Purchase" satış sxemi təmin edəcək, - "DailyComm www.dailycomm.ru" yazır.
“iOS” üçün proqram tərtibatçıları “Android” tərtibatçılarından 5 dəfə çox qazanır
"Android" ən çox yayılmış mobil əməliyyat sistemi olsa da, gəlir həcminə görə "iOS"-dan 5 dəfə geri qalır.Belə ki, "Business Insider" mütəxəssislərinin hesablamalarına əsasən, "iOS" üçün yüklənən əlavələr tərtibatçıya 1 dollar qazanc gətirdiyi halda "Android" üçün proqram və ya oyun yaradıcısı bir yüklənən məhsula nisbətdə cəmi 19 sent qazanc əldə edir. Əlavələr daxilində alışların gəlirlərini (In-App Purchase) müqayisə etsək, "iOS" burda da üstünlüyə malikdir (müvafiq olaraq 1 dollar və 24 sent).
"iOS" sistemli qurğularda mobil reklamın satışından əldə olunan hər 1 dolların payı "Android" elektronikası üzrə analoji mədaxildə 77 sent təşkil edir.
Bu məlumatlar "Flurry" və "App Annie" hesabatlarının da yer aldığı bir neçə analoji işlərin tədqiqi nəticəsində əldə olunub. Hesabatlar "iPhone", "iPad" və "iPod touch" istifadəçilərinin "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon və planşet kompüter sahibləri ilə müqayisədə kontentə görə daha çox pul ödəməyə hazır olduqlarını təsdiq edib.
"Gartner" analitik şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, 2013-cü ilin yekunları üzrə "Apple App Store" və "Google Play Store" kimi ixtisaslaşmış mağazalardan yüklənən mobil əlavələrin sayı 102 milyard təşkil edəcək ki, bu da bir il əvvəllə müqayisədə 64 faiz çoxdur. Pulsuz əlavələrin payı 91 faiz yükləmə təşkil edəcək.
2017-ci ildə mobil proqram təminatı bazarında əldə olunan mədaxilin təxminən yarısı "In-App Purchase" modelindən istifadə edən tərtibatçıların məhsullarının payına düşəcək. Ötən il bu göstərici 11 faizə bərabər olub, 2013-cü ildə isə 17 faiz səviyyəsində olacağı gözlənilir.
"Juniper Research" analitiklərinin gözləntilərinə görə, 4 ildən sonra mobil proqram təminatı bazarında gəlirlərin təqribən ¼ hissəsini "In-App Purchase" satış sxemi təmin edəcək, - "DailyComm www.dailycomm.ru" yazır.
Baxış sayı: 1621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)