12px13px15px17px
Tarix:02/12/13

Moskva metrosu ərazisinin 95 faizi “2G”, “3G” və “4G” şəbəkələri ilə əhatə olunacaq

2014-cü ilin sonunadək Moskva metrosu ərazisinin 95%-i “2G”, “3G” və “4G” mobil rabitə şəbəkələri ilə əhatə oluna bilər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, mobil şirkətlərdən birinin əməkdaşının sözlərinə görə, Moskva hökuməti yeraltı dəmir yolunda mobil rabitənin inkişafı üçün tədbirlər hazırlayır.

Paytaxt hökumətindəki mənbə bu informasiyanı təsdiqləyib. O deyib ki, sözügedən layihə 2013-cü ilin sonunadək Moskva meri Sergey Sobyanin tərəfindən təsdiqlənə bilər və əlavə edib ki, İnformasiya texnologiyaları departamenti mobil operator və paytaxt metropoliteninə 2014-2018-ci illərdə birgə mobil rabitənin inkişaf strategiyasını hazırlamağı təklif edir.

Emil Hüseynov




Baxış sayı: 1353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024