12px13px15px17px
Tarix:02/12/13

“Windows” əməliyyat sistemləri bazarında artım qeydə alınıb

“Net Applications” statistika xidmətinin 2013-cü ilin noyabr ayına olan məlumatına əsasən, “Windows 8” və “Windows 8.1” platformalarının əməliyyat sistemləri bazarında ümumi payı 9,3% təşkil edib ki, bu da  ötən ayla müqayisədə cəmisi 0,05% azdır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  “Windows 7” əməliyyat sisteminin bazar payı 46,42%-dən 46,64%-dək artıb.

“Windows Vista” platforması tədricən əfsanəyə çevrilir. Noyabrda bu ƏS-in bazarda mövcudluq göstəricisi daha 0,06% azalaraq 3,57% olub. “Windows XP”  sistemi noyabrda yalnız 0,02% pay itirib və əvvəlki kimi əməliyyat sistemləri bazarının 31%-dən çoxuna sahiblənib.

Ötən ay “Microsoft”un əməliyyat sistemlərinin ümumi payı 90,88% olub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,22% çoxdur.

Emil Hüseynov




Baxış sayı: 1332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024