Tarix:10/12/13
Azərbaycanda dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sistemi yaradılır. Hazırda bu proses pilot layihə şəklində həyata keçirilir.
"Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək" adlı "Tvinninq" layihəsinin məqsədi dövlət torpaq kadastrı məlumatlarının Avropa İttifaqının Qiymətləndirmə Standartlarına uyğun olaraq dəqiq sistemləşdirilməsi, şəffaf torpaq bazarının yaradılması və dövlət torpaq kadastrı sisteminin digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Komitədən qeyd edilib ki, layihənin həyata keçirilməsi ilə gözlənilən konkret nəticələr isə torpaq bazarının inkişafını təmin edən təkmilləşdirilmiş hüquqi sistem yaratmaqdan, dövlət torpaq kadastrı sisteminə inteqrasiya olunan torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə metodologiyanı müəyyən etməkdən, torpaq sahələrinin dəqiq göstəricilərinə əsaslanan torpaq məlumat sisteminin yaradılması üçün ehtiyacların qiymətləndirilməsi və hərtərəfli texniki şərtin hazırlanmasından ibarətdir:
"Eyni zamanda Avropa İttifaqının Qiymətləndirmə Standartlarına uyğun olaraq, "Tvinninq" layihəsinin həyata keçirilməsi nəticəsində əldə olunan təcrübədən Azərbaycan tərəfi yararlanaraq, torpaq kadastrı məlumat sisteminin Avropada Məkan Məlumatları İnfrastrukturuna (İNSPİRE direktivlərinə) inteqrasiyasına nail olacaq. Layihə çərçivəsində institusional təcrübənin və biliyin tətbiqi məqsədilə Azərbaycanda iki pilot ərazi - Abşeron rayonu şəhər kadastrı timsalında Xırdalan şəhəri və kənd kadastrı timsalında Saray qəsəbəsi seçilib. Həmin ərazilərdə torpaqların qiymətləndirilməsində rol oynayan bütün meyarlar tədqiq edilərək öyrənilib, müvafiq məlumatlar toplanılaraq sistemləşdirilib və torpaqların kadastr qiymətləndirilməsi xəritələri tərtib edilib".
Komitədən qeyd edilib ki, 2012-ci ilin oktyabrından həyata keçirilən və uğurla tamamlanan pilot layihənin metodikasının bütövlükdə Azərbaycana tətbiq edilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Azərbaycanda dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sistemi yaradılır

Baxış sayı: 978
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet