12px13px15px17px
Tarix:17/12/13

“Apple” şirkəti “Mac OS X 10.9.1” buraxıb

“Apple” şirkəti “Mavericks”in relizindən iki ay sonra aparıcı əməliyyat sisteminin yeni “Mac OS X 10.9” versiyasını buraxıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Mac OS X 10.9.1”-i artıq “Mac App Store”dan və ya “Apple Support” saytından  yükləmək olar.

Faktiki olaraq “Apple” iki ayrı-ayrı yenilənmə paketi buraxıb - 13 və 15 düymlük “Mac Book Pro Retina” noutbukları və şirkətin bütün digər kompüterləri üçün.

Yenilənmənin əsas üstünlüyü yaxşılaşdırılmış “Mail” əlavəsidir, burada “Gmail” poçt sisteminin sazlanması ilə bağlı dəstək mövcuddur. Eyni zamanda “Apple” şirkəti “Smart Mailbox”un işini yaxşılaşdırıb ki, bununla da xidmət daha stabil və universal olub.

Bununla yanaşı,  “Safari 7.0” özündə yenilənmə daşıyır, burada təkmilləşdirilmiş avtodoldurma və ödəniş məlumatları ilə iş mexanizmi var.
Yeniliklər həm də “Facebook” sosial şəbəkəsini dəstəkləyən “Voice Over” funksiyasında da mövcuddur. Ənənəvi olaraq “Apple” bildirib ki, şirkət baqfiks keçirib və əməliyyat sistemində proqram səhvlərini ləğv edib. Burada ingilisdilli olmayan sistemlərdə “iWork” və “iLife” proqram təminatlarının yenilənmələrini bloklayan səhvlər aradan qaldırılıb.

Aynur Vəliyeva



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024