12px13px15px17px
Tarix:27/12/13

Ölkədə proqram təminatı ilə bağlı yoxlama aparılıb

Azərbaycanda ilk dəfə olaraq milli və beynəlxalq Əqli mülkiyyət hüquqlarının qorunmasına dair qanunvericiliyin tələblərinə riayət etmək məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Bakı şəhərində kompüter satış mağazasında  gözlənilməz yoxlama keçirilib.
 
Yoxlama zamanı bir neçə sənədsiz şübhəli proqram təminatları aşkarlanaraq və istintaq zamanı sübut kimi istifadə edilmək üçün götürülüb. Bu barədə BSA-nın ("Business Software Alliance") Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nəriman Ramazanov məlumat verib. Onun sözlərinə görə, Bakıda kompüterlərin satışı ilə məşğul olan mağazada aparılan yoxlama "piratçılıq" kimi tanınan qanunsuz lisenziya proqram təminatlarının satışının mövcudluğunu müəyyən edib:
 
"Azərbaycan Respublikasının Müəlliflik Hüququ və Əlaqəli Hüquqlar haqqında qanununa əsasən, lisenziyasız proqram təminatının satışı həmin proqram təminatı istehsalçılarının müəlliflik hüququnu pozur və belə qanun pozuntusuna yer vermiş şəxslər potensial olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb oluna bilərlər".
Beynəlxalq Məlumat Korporasiyasının ("International Data Corporation") keçirdiyi araşdırmalara əsasən, Azərbaycanda proqram təminatları "piratçılığı" təxminən 87% səviyyəsindədir. Bu isə təxminən hər 10 kompüterdən 9-nun pirat proqram təminatı ilə yüklənməsi  deməkdir. Bundan əlavə, lisenziyasız proqram təminatlarından istifadə müxtəlif zərərli və casus proqramlara qarşı informasiya təhlükəsizliyini təmin edə bilmir.
 
 
Həmçinin BSA və INSEAD tərəfindən dünyanın aparıcı biznes mərkəzləri tərəfindən aparılan araşdırmalara əsasən, Azərbaycan bazarında lisenziyalı proqram təminatına keçid, pirat proqram təminatına nisbətən iqtisadiyyata böyük xeyir gətirə bilər. Lisenziyalı proqram təminatının 1% artımı ÜDM-un təqribən 38 milyon dollar həcmində artımına gətirir, halbuki pirat proqram təminatı bazarının 1% artımı yalnız 19 milyon dollar artıma səbəb olur. Bundan əlavə, lisenziyalı proqramlara xərclənən hər 1$, ÜDM-na 380$ məbləğində investisiya gəliri əlavə edir. Müqayisə üçün, pirat proqram təminatlarına xərclənən 1$ yalnız 28$ əlavə gəlirə bərabərdir.
 
 
N.Ramazanovun sözlərinə görə, lisenziyalı proqram təminatının istifadəsi qeyri-lisenziyalı proqram təminatının istifadəsi zamanı yarana biləcək hüquqi təhdid və riskləri azaldır və məhsuldarlığı artırır, bu da lisenziyalaşdırılmış proqram təminatlarından istifadə edən istifadəçilərinin praktiki cəhətdən müsbət nəticə əldə etməsinə zəmin yaradır:
 
"Daxili İşlər Nazirliyinin Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə proqramı çərçivəsində keçirilən yeni proqram təminatı yoxlamaları dövlət qurumlarının proqram təminatı istifadəçilərini, yerli biznes strukturlarını və həmçinin müəlliflik və əqli mülkiyyət hüquqlarının müəlliflərinin zərərli pirat proqram təminatlarından qorunmasına dair görülən bir tədbirdir. Bundan əlavə, biz bu cür tədbirlərin kompüter proqramları sahəsinin inkişafına böyük dəstək verəcəyinə və yerli iqtisadiyyata müsbət təsir edəcəyinə inanırıq. Gələn aylarda da bu cür yoxlamaların artacağını gözləyirik".
 
 
Qeyd edək ki, BSA – proqram təminatı istehsalçılarının assosiasiyası olaraq, ölkənin hökumət təşkilatları və beynəlxalq bazar qarşısında dünya proqram təminatı sənayesinin baş mühafizəçisidir. O, dünya səviyyəli şirkətlərin birliyini əks etdirərək, hər il müasir həyatı zənginləşdirən və dünya iqtisadiyyatına dəstək verən proqram həllərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırır. BSA dünyanın piratçılığa qarşı aparıcı təşkilatıdır və ictimai siyasətin formalaşmasında nüfuzlu lider qismində çıxış edərək, iqtisadi artım və texnologiyada innovasiyalara yol açır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024