Tarix:27/12/13
Bu hədəfin realizasiyası çərçivəsində MB-da istismarda olan “Temenos” Baş Mühasibat Sisteminin texniki və proqram platformasının modernləşdirilməsi həyata keçirilib. Bu məqsədlə beynəlxalq aləmdə gedən texniki-proqram məhsullarının inkişafı tendensiyasına uyğun olaraq, sistemin yeni – “R13” versiyası ölkədə ilk dəfə Mərkəzi Bankda müvəffəqiyyətlə tətbiq edilib. Layihənin icra müddətinin bir il olmasına baxmayaraq “Temenos” Baş Mühasibat Sistemi altı ay ərzində yenilənərək istismara verilib.
Bankdan bildirilib ki, layihənin realizasiyası müddətində Baş Mühasibat Sisteminin yeni funksional imkanları nəzərə alınmaqla sistem yenidən qurulub, əməliyyat, uçot və idarəetmə sahəsinə dair modullar üzrə təkmilləşmə işləri həyata keçirilib və kənar dövlət qurumlarında (Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, MilliKart Prosessinq Mərkəzi) yerləşdirilmiş iş yerlərinin informasiya sistemində davamlı fəaliyyəti təşkil olunub.
Həqiqət İSABALAYEVA
Ölkədə ilk dəfə “Temenos” Baş Mühasibat Sisteminin yeni versiyası tətbiq edilib
Mərkəzi Bankda (MB) müasir standartlara cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması, avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və onların daim təkmilləşdirilməsi, habelə mövcud informasiya resurslarının digər sistemlərlə inteqrasiyasının təşkil edilməsi prioritet hədəflərdəndir.Bu hədəfin realizasiyası çərçivəsində MB-da istismarda olan “Temenos” Baş Mühasibat Sisteminin texniki və proqram platformasının modernləşdirilməsi həyata keçirilib. Bu məqsədlə beynəlxalq aləmdə gedən texniki-proqram məhsullarının inkişafı tendensiyasına uyğun olaraq, sistemin yeni – “R13” versiyası ölkədə ilk dəfə Mərkəzi Bankda müvəffəqiyyətlə tətbiq edilib. Layihənin icra müddətinin bir il olmasına baxmayaraq “Temenos” Baş Mühasibat Sistemi altı ay ərzində yenilənərək istismara verilib.
Bankdan bildirilib ki, layihənin realizasiyası müddətində Baş Mühasibat Sisteminin yeni funksional imkanları nəzərə alınmaqla sistem yenidən qurulub, əməliyyat, uçot və idarəetmə sahəsinə dair modullar üzrə təkmilləşmə işləri həyata keçirilib və kənar dövlət qurumlarında (Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, MilliKart Prosessinq Mərkəzi) yerləşdirilmiş iş yerlərinin informasiya sistemində davamlı fəaliyyəti təşkil olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet