12px13px15px17px
Tarix:28/12/13

“Microsoft-Azerbaijan” şirkəti yerli İT və bank sahəsini lisenziyalı proqram təminatının tətbiqi üzrə məsuliyyətli olmağa çağırır

“Microsoft” şirkəti Azərbaycanın bank sektorunun informasiya təhlükəsizliyinin təminatı  sahəsində  daha aktiv olmasına ehtiyac olduğunu qeyd edib.

“Microsoft-Azerbaijan” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının tələblərinə əsasən banklar müştərilərinin informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk növbədə lisenziyalı proqram təminatından istifadə etməlidirlər.

“Lisenziyalı proqram təminatının istifadəsi nasazlıqları aradan qaldırmağa, ödəniş sistemlərini nəzarətdə saxlamağa, kiberhücumlardan qorunmağa  imkan verir, çünki əks halda lisenziyasız proqram təminatlarında kibercinayətkarların bankların daxili sistemlərinə  sanksiyalaşdırılmamış çıxış əldə edə biləcəkləri boşluqlar var. Hazırda ölkədə  bütün banklar bu tələblərə uyğun fəaliyyət göstərmirlər.

Hazırda Beynəlxalq Bank,  “Əmrahbank”, “AFB Bank”, “Nikoyl Bank ” və digər banklar lisenziyalı proqram təminatları ilə təchiz ediliblər və iş axını ilə əlavə aldıqları proqram təminatlarını lisenziyalaşdırırlar. Bank və telekom sahəsində lisenziyalı proqram təminatının tətbiqi sahəsində daha böyük aktivlik görmək istərdik, çünki bunlar məhz elə strukturlardır ki, İT onların biznesində əsas rol oynayır və İT proseslər əsasında xidmətlər göstərirlər”,- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024