Tarix:09/01/14
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə 2,5 milyard kompüter, planşet, noutbuk və mobil telefon istehsal ediləcək ki, bu da ötən illə müqayisədə 7,6% daha çoxdur. Ötən ilin nəticəsinə görə artım 3,8% olub.
2014-cü ildə “Android” əməliyyat sistemi ilə idarə olunan qurğuların sayı 1,1 milyard olacaq ki, bu da ötənilki göstəricini 26% ötür. Yeni aparatların 45%-nə “Android” sistemi quraşdırılacaq, halbuki 2013-cü ildə bu göstərici 38% olub.
“Google” korporasiyası tərəfindən yaradılmış bu mobil platforma çoxdan bəri mobil sahədə liderdir, lakin onun artım tempi zəifləyir.
“Android” əsaslı məhsulların çeşidinin çoxluğuna baxmayaraq, onlar gəlir göstəricisinə görə “iPhone”dan geri qalırlar. 2017-ci ilədək satılacaq “Android” cihazların təxminən 75%-i inkişaf etməkdə olan regionların payına düşəcək.
Smartfon və planşetlər kütləviləşənə qədər “Microsoft” əməliyyat sistemləri bazarında lider idi. Hazırda proqram nəhəngi bu göstərici üzrə “Google” korporasiyasından (masaüstü və mobil platformalar) geri qalır və tezliklə “Apple” da onu ötəcək.
Emil Hüseynov
“Android” qurğuların sayı 1 milyardı ötəcək
“Gartner” tədqiqat şirkəti qlobal kompüter qurğuları bazarı üzrə proqnozunu tərtib edib. Hesabatda daha çox “Android” platforması ilə işləyən aparatlara diqqət ayrılıb.“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə 2,5 milyard kompüter, planşet, noutbuk və mobil telefon istehsal ediləcək ki, bu da ötən illə müqayisədə 7,6% daha çoxdur. Ötən ilin nəticəsinə görə artım 3,8% olub.
2014-cü ildə “Android” əməliyyat sistemi ilə idarə olunan qurğuların sayı 1,1 milyard olacaq ki, bu da ötənilki göstəricini 26% ötür. Yeni aparatların 45%-nə “Android” sistemi quraşdırılacaq, halbuki 2013-cü ildə bu göstərici 38% olub.
“Google” korporasiyası tərəfindən yaradılmış bu mobil platforma çoxdan bəri mobil sahədə liderdir, lakin onun artım tempi zəifləyir.
“Android” əsaslı məhsulların çeşidinin çoxluğuna baxmayaraq, onlar gəlir göstəricisinə görə “iPhone”dan geri qalırlar. 2017-ci ilədək satılacaq “Android” cihazların təxminən 75%-i inkişaf etməkdə olan regionların payına düşəcək.
Smartfon və planşetlər kütləviləşənə qədər “Microsoft” əməliyyat sistemləri bazarında lider idi. Hazırda proqram nəhəngi bu göstərici üzrə “Google” korporasiyasından (masaüstü və mobil platformalar) geri qalır və tezliklə “Apple” da onu ötəcək.
Emil Hüseynov
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)