Tarix:10/01/14
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan bildirilib ki, işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilir. 2015-ci ildə yekunlaşacaq 2 illik layihənin rəhbəri institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərovdur.
Onun sözlərinə görə, gələcək nəsil sekvenseri insan genomu, bitki genetik ehtiyatlarının pasportlaşdırılması, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genləri dəyişdirilmiş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri aparmağa imkan verir. Layihə çərçivəsində il ərzində institutda bir neçə seminarın təşkil olunması, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, İngiltərə, İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılıb.
Hazırda həmin ölkələrin qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır.
Həqiqət İSABALAYEVA
Azərbaycanda ilk dəfə texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf ediləcək
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda ilk dəfə “Gələcək Nəsil Sekvenseri” (İon PGM və İon Proton) adlı yeni aparat quraşdırılıb. Amerikanın “Life Technologies” şirkətinin alimləri tərəfindən hazırlanmış texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf edilir.Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan bildirilib ki, işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilir. 2015-ci ildə yekunlaşacaq 2 illik layihənin rəhbəri institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərovdur.
Onun sözlərinə görə, gələcək nəsil sekvenseri insan genomu, bitki genetik ehtiyatlarının pasportlaşdırılması, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genləri dəyişdirilmiş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri aparmağa imkan verir. Layihə çərçivəsində il ərzində institutda bir neçə seminarın təşkil olunması, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, İngiltərə, İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılıb.
Hazırda həmin ölkələrin qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet