Tarix:13/01/14
Nəşrin məlumatına əsasən, “Microsoft” şirkətinin “The Microsoft News” xəbər hesabına haker hücumu təxminən saat 14:30 radələrində olub. Hakerlər “Microsoft”un poçt klientlərindən istifadədən imtina etməyə səsləyib və “SEO” hesabı vasitəsilə tviti repost ediblər. “Microsoft” korporasiyasının poçt xidmətlərindən (Hotmail, Outlook) istifadə etməyin. Onlar sizin hesablarınızı monitorinq edir və məlumatlarınızı hökumət orqanlarına ötürür" – tvitdə yazılıb.
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, nəşr yazır ki, "Suriya elektron ordusu" nümayəndələri, həmçinin şənbə günü proqram nəhənginin “Xbox” oyun konsolunun texniki dəstək hesabına müdaxilə ediblər.
Şirkət hücum faktını təsdiqləyib və deyib ki, istifadəçilərin məlumatlarına müdaxilə mümkün olmayıb. "Şirkətin nümayəndələri haker hücumundan xəbərdardır. Artıq hesablar bərpa edilib" – “Microsoft”un nümayəndəsi sözügedən nəşrə deyib.
“Microsoft” təsadüfən hakerlərin hədəfinə çevrilməyib. Belə ki, Edvard Snoudenlə bağlı qalmaqal zamanı məlum olub ki, ABŞ korporasiyası Milli Təhlükəsizlik Agentliyinin (MTA) “Outlook” poçt xidmətinin məktub və çatına giriş alması üçün ona imkan yaradıb. Şirkət isə məlumatların MTA-ya ötürülməsini inkar edib.
Emil Hüseynov
“Microsoft”un “Twitter” hesabları “sındırılıb”
“Mashable” xəbər saytının yaydığı məlumata əsasən, "Suriya elektron ordusu"(SEO) hakerləri “Microsoft” şirkətinin rəsmi hesablarından birinə müdaxilə ediblər.Nəşrin məlumatına əsasən, “Microsoft” şirkətinin “The Microsoft News” xəbər hesabına haker hücumu təxminən saat 14:30 radələrində olub. Hakerlər “Microsoft”un poçt klientlərindən istifadədən imtina etməyə səsləyib və “SEO” hesabı vasitəsilə tviti repost ediblər. “Microsoft” korporasiyasının poçt xidmətlərindən (Hotmail, Outlook) istifadə etməyin. Onlar sizin hesablarınızı monitorinq edir və məlumatlarınızı hökumət orqanlarına ötürür" – tvitdə yazılıb.
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, nəşr yazır ki, "Suriya elektron ordusu" nümayəndələri, həmçinin şənbə günü proqram nəhənginin “Xbox” oyun konsolunun texniki dəstək hesabına müdaxilə ediblər.
Şirkət hücum faktını təsdiqləyib və deyib ki, istifadəçilərin məlumatlarına müdaxilə mümkün olmayıb. "Şirkətin nümayəndələri haker hücumundan xəbərdardır. Artıq hesablar bərpa edilib" – “Microsoft”un nümayəndəsi sözügedən nəşrə deyib.
“Microsoft” təsadüfən hakerlərin hədəfinə çevrilməyib. Belə ki, Edvard Snoudenlə bağlı qalmaqal zamanı məlum olub ki, ABŞ korporasiyası Milli Təhlükəsizlik Agentliyinin (MTA) “Outlook” poçt xidmətinin məktub və çatına giriş alması üçün ona imkan yaradıb. Şirkət isə məlumatların MTA-ya ötürülməsini inkar edib.
Emil Hüseynov
Baxış sayı: 1065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)