Tarix:15/01/14
10 faizlik həddin dəf edilməsi müsbət nəticə hesab edilsə də, "Microsoft" korporasiyası daha böyük uğur qazanacağına ümid edib. "Windows 8" sistemləri ilə həm masaüstü kompüter və noutbuklar, həm də planşetlər tədarük edilir. Mobil qurğular seqmentində bu sistemli kompüter və planşetlər "Apple" şirkətinin "iPad" planşet modeli və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz qurğularla (məsələn, Tesco Hudl və Google Nexus 7) rəqabət aparmaqda çətinliklə üzləşir. Bununla belə, smartfon və planşetlər ev fərdi kompüterlərini sürətlə sıxışdırır.
Ötən ilin dekabrında "Windows 7" versiyasının payı 47,5 faizə bərabər olub ki, bu da əvvəlki aydan 0.88 faiz çoxdur. "Windows XP"-in payı 2,24 faiz azalaraq 28,98 faizədək aşağı düşüb. "Windows XP" sisteminin dəstəklənmə müddəti cari ilin aprelin 8-də başa çatır.
"Windows" dünyanın ən populyar əməliyyat sistemi olaraq qalır. Ümumilikdə masaüstü sistemlər bazarında "Windows"un bütün versiyalar üzrə payı 90,73 faiz təşkil edir. "Mac OS X" və "Linux" əməliyyat sistemlərinin payı müvafiq olaraq 7,54 və 1,73 faizə bərabərdir. Onu da qeyd edək ki, son ildə bu sistemlərin payında cüzi artım müşahidə olunub, - "Computerworld www.osp.ru" yazır.
"Windows 8”-in əməliyyat sistemləri bazarında payı 10 faizi ötüb
"Net Applications" analitik şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında "Windows 8" və "Windows 8.1" əməliyyat sistemlərinin masaüstü qurğular bazarında payı müvafiq olaraq 6,89 və 3,6 faiz təşkil edib. Bununla, hazırda bazarın 10,49 faizi bu sistemlərə məxsusdur. "Windows 8"-dən bir il sonra buraxılan "Windows 8.1" sisteminin payı son ayda təxminən 1 faiz artıb.10 faizlik həddin dəf edilməsi müsbət nəticə hesab edilsə də, "Microsoft" korporasiyası daha böyük uğur qazanacağına ümid edib. "Windows 8" sistemləri ilə həm masaüstü kompüter və noutbuklar, həm də planşetlər tədarük edilir. Mobil qurğular seqmentində bu sistemli kompüter və planşetlər "Apple" şirkətinin "iPad" planşet modeli və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz qurğularla (məsələn, Tesco Hudl və Google Nexus 7) rəqabət aparmaqda çətinliklə üzləşir. Bununla belə, smartfon və planşetlər ev fərdi kompüterlərini sürətlə sıxışdırır.
Ötən ilin dekabrında "Windows 7" versiyasının payı 47,5 faizə bərabər olub ki, bu da əvvəlki aydan 0.88 faiz çoxdur. "Windows XP"-in payı 2,24 faiz azalaraq 28,98 faizədək aşağı düşüb. "Windows XP" sisteminin dəstəklənmə müddəti cari ilin aprelin 8-də başa çatır.
"Windows" dünyanın ən populyar əməliyyat sistemi olaraq qalır. Ümumilikdə masaüstü sistemlər bazarında "Windows"un bütün versiyalar üzrə payı 90,73 faiz təşkil edir. "Mac OS X" və "Linux" əməliyyat sistemlərinin payı müvafiq olaraq 7,54 və 1,73 faizə bərabərdir. Onu da qeyd edək ki, son ildə bu sistemlərin payında cüzi artım müşahidə olunub, - "Computerworld www.osp.ru" yazır.
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)