12px13px15px17px
Tarix:16/01/14

Azərbaycan şirkətləri “Microsoft Office” proqramlarını məsafədən smartfonla idarə edə biləcəklər


“Windows Phone 8” əməliyyat sistemi üçün smartfonu müxtəlif təqdimatların xüsusi idarəetmə pultuna çevirməyə imkan verən “Office Remote” proqramı təqdim edilmişdir. Sözügedən proqram smartfon vasitəsilə məsafədən slaydları vərəqləməyə, səhifələrin ölçüsünü dəyişməyə, cədvəllər üzrə naviqasiya etməyə və s. bu kimi əməliyyatları həyata keçirməyə imkan verir. İKT İnformasiya Mərkəzindən bildirilib ki, bu həll “Windows Phone 8” əməliyyat sisteminin biznes üçün çox rahat olduğunu bir daha təsdiq edir.
 
Belə ki, “Power Point”-də slaydların vərəqlənməsi (növbəti, əvvəlki, sonuncu), slaydların eskizlərinin nəzərdən keçirilməsi, lazer göstəricisi funksiyası, miqyaslanma və slayd üzərində hərəkət, smartfonun ekranından məruzəçinin etdiyi qeydlərə nəzər, təqdimatın taymerinin və slaydın nömrəsinin göstərilməsi mümkündür. “Excel” sadə svayplarla vərəqlərin dəyişməsi, cədvəllər üzrə naviqasiya, filtr və mürəkkəb cədvəllərin istifadəsi, açar sözlər üzrə ani keçid, slaydın miqyaslanmasına imkan verir.  “Word”-də isə başlıqlar üzrə ani keçid, şərhlər üzrə ani keçid, səhifələrə nəzarət, sətirlər üzrə naviqasiya, səhifələrin miqyaslanması mümkündür.
 
Sözügedən proqram müxtəlif Azərbaycan şirkətlərinin “Microsoft”un ofis proqramları ilə təqdimat edən nümayəndələri üçün olduqca faydalı olacaq. Slaydların dəyişdirilməsi, miqyaslanma və əlbəttə ki, lazer göstəricisi funksiyası istənilən məruzəçi üçün bir sıra hallarda əvəzolunmaz alətlərə çevrilə bilər.
 
“Windows Phone 8” əməliyyat sistemli smartfona sahib olan istənilən şəxs kompüterdəki ofis proqramlarını məsafədən idarə edə bilər. “Office Remote” proqramı tamamilə pulsuz yayılır. Həmçinin kompüter üçün nəzərdə tutulan və “Microsoft”un rəsmi saytından yüklənilə bilən xüsusi proqramı da yaddan çıxarmamaq gərəkdir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1069

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024