12px13px15px17px
Tarix:16/01/14

“Radioprotektorlar” laboratoriyasında radiasiyaya qarşı orqanizmlərin davamlığını artıran tədqiqatlar aparılır

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun "Radioprotektorlar" laboratoriyasında radiasiyaya qarşı orqanizmlərin davamlığını artıran, şüa zədələnmələrində  bərpaedici xassələr göstərən sintetik və təbii mənşəli biokomplekslərin alınması və tətbiqi istiqamətində tədqiqatlar aparılır.
 
Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Asim Abdullayevin sözlərinə görə, 2003-cü ildən fəaliyyət göstərən laboratoriya Taras Şevçenko adına Kiyev Universitetinin Biologiya İnstitutunun “Molekulyar biologiya və genetika” laboratoriyası, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Molekulyar Biologiya və Genetika, həmçinin Hüceyrə biologiyası və Gen Mühəndisliyi institutları ilə elmi əməkdaşlıq edir.
 
 Laboratoriyada aparılmış tədqiqatlar alınmış biokomplekslərin kənd təsərrüfatında mikrogübrə, təbabətdə isə kimyəvi və şüa terapiyası zamanı yaranan fəsadları aradan qaldırmaq üçün immunstimullaşdırıcı və radioprofilaktik bioloji aktiv əlavə kimi istifadəsini tövsiyə etməyə imkan verir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024