12px13px15px17px
Tarix:17/01/14

“Photoshop” artıq 3D printerləri dəstəkləyir

“Adobe” şirkəti nəhayət sürətlə inkişaf edən üçölçülü çap texnologiyalarına diqqət yetirib. Şirkət “Photoshop CC” (“Creative Cloud” bulud proqram paketinin hissəsi) qrafik redaktorunda üçölçülü modellərin çapa verilməsi üçün alət əlavə edib.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, proqramda artıq bir sıra üçölçülü modelləşdirmə funksiyaları olmasına baxmayaraq, yeni alət ehtimal ki başqa proqramda yaradılmış modellərin cüzi işlənilməsi və onların çapa verilməsi üçün nəzərdə tutulub.
 
Bu halda “MakerBot” şirkətinin 3D printer sahibləri və “Shapeways 3D” çap xidmətinin istifadəçilərinin bəxti gətirib: onlar “Photoshop CC” redaktorunda çap verməzdən əvvəl obyektin konkret printer modelində görünüşünə baxa biləcəklər. Başqa istehsalçıların modelləri üçün ilkin baxış funksiyası gələcəkdə reallaşdırılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024