12px13px15px17px
Tarix:18/01/14

Stiv Cobsun kompüter klavişlərindən yığılmış, gizli mətnli mozaik portreti yaradılıb

Tanınmış amerikalı rəssam Duq Pauell mozaika portretlərinin, o cümlədən  məşhur adamların mozaika portretlərinin hazırlanmasında ixtisaslaşıb.

 "ICTnews" xəbər xidmətinin məlumatına görə, yaradıcının sözlərinə əsasən, onun həyatında və yaradıcılığında iki il bundan öncə həyatını dəyişmiş Stiv Cobs silinməz iz qoyub.
Onun xatirəsini əbədiləşdirmək məqsədi ilə Pauell kompüter klaviaturası klavişlərindən  öz işlərindən birini yaradıb – bu, "Apple" şirkətinin yaradıcı-atasının portretidir.
 
Rəsmin yaradılmasında 5892 müxtəlif rəngdə və ölçüdə element istifadə edilib. Rəsmi yaratmaq üçün tələb olunan materialı isə rəssam ABŞ-da geniş yayılmış "qaraj hərraclarında" tapıb. Klaviaturaları aldıqdan sonra Pauell onu yuyur, klavişləri çıxarır ölçülərinə, rənglərinə və çalarlarına görə ayırır.

Rəsmdə Duqun tabloda düzdüyü boz, sarı, qara, qəhvəyi və ağ rəngli detallar aydın görünür. Duqun rəssam kimi heyranedici işi ilə yanaşı, rəsmdə, hamıya görünməyən  daha bir detal var: gizli mətn. Rəsmdə "Macintosh", "Apple", "Pixar", "iTunes" sözlərini və Stiv Cobsun bir neçə sitatını görmək olar.

Aynur Vəliyeva



Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024