Tarix:17/01/14
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Avropa Oyunlarınadək paytaxtın yol-nəqliyyat infrastrukturunda görülməli olan işlərin planı hazırlanıb və artıq bu istiqamətdə real addımlar atılır. Bu məqsədlə Nəqliyyat Nazirliyində müvafiq işçi qrupu da yaradılıb. İclasda nəqliyyat xidmətlərinin uğurlu təşkili və yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müvafiq tapşırıqlar verilib.
Layihəyə uyğun olaraq intellektual nəqliyyat sisteminin iş prinsipi, fəaliyyəti ilə bağlı əhalini məlumatlandırmaq üçün müvafiq internet saytı yaradılıb. Sayt portal formasında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Artıq əcnəbi vətəndaşlar da bu saytdan yararlana bilərlər. Vətəndaşların saytdan daha rahat istifadə edə bilmələri üçün hazırda saytımızın təkmilləşdirilməsi və yeni dizaynda hazırlanması istiqamətində işlər görülür. Avropa Oyunları ərəfəsində mərkəzin saytının yeni formatda və dizaynda istifadəyə verilməsi gözlənilir.
Nəqliyyat məsələləri üzrə NİİM-də 24 saat fəaliyyət göstərən vahid əlaqələndirmə qərargahı yaradılıb. Avropa Oyunları ilə əlaqədar dayanacaqlarda “wi-fi” sisteminin quraşdırılması istiqamətində araşdırmalara başlanılıb.
İntellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi layihəsi 3 mərhələdə həyata keçiriləcək.
Hazırda NİİM-də “141 qaynar xətt”i fəaliyyət göstərir və birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə onun funksiyaları genişləndiriləcək, sistem 24 saat fəaliyyətlə bərabər, həm də gücləndirilmiş iş rejimində çalışacaq.
Aynur Vəliyeva
Bakıda birinci Avropa Oyunları ərəfəsində intellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi işləri aparılır
Bakıda 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı tədbirlər görülür.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Avropa Oyunlarınadək paytaxtın yol-nəqliyyat infrastrukturunda görülməli olan işlərin planı hazırlanıb və artıq bu istiqamətdə real addımlar atılır. Bu məqsədlə Nəqliyyat Nazirliyində müvafiq işçi qrupu da yaradılıb. İclasda nəqliyyat xidmətlərinin uğurlu təşkili və yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müvafiq tapşırıqlar verilib.
Layihəyə uyğun olaraq intellektual nəqliyyat sisteminin iş prinsipi, fəaliyyəti ilə bağlı əhalini məlumatlandırmaq üçün müvafiq internet saytı yaradılıb. Sayt portal formasında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Artıq əcnəbi vətəndaşlar da bu saytdan yararlana bilərlər. Vətəndaşların saytdan daha rahat istifadə edə bilmələri üçün hazırda saytımızın təkmilləşdirilməsi və yeni dizaynda hazırlanması istiqamətində işlər görülür. Avropa Oyunları ərəfəsində mərkəzin saytının yeni formatda və dizaynda istifadəyə verilməsi gözlənilir.
Nəqliyyat məsələləri üzrə NİİM-də 24 saat fəaliyyət göstərən vahid əlaqələndirmə qərargahı yaradılıb. Avropa Oyunları ilə əlaqədar dayanacaqlarda “wi-fi” sisteminin quraşdırılması istiqamətində araşdırmalara başlanılıb.
İntellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi layihəsi 3 mərhələdə həyata keçiriləcək.
Hazırda NİİM-də “141 qaynar xətt”i fəaliyyət göstərir və birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə onun funksiyaları genişləndiriləcək, sistem 24 saat fəaliyyətlə bərabər, həm də gücləndirilmiş iş rejimində çalışacaq.
Aynur Vəliyeva
Baxış sayı: 1254
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet