Tarix:23/01/14
Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılmış, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb. Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır.
Bu barədə AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, işlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun sözlərinə görə, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir.
Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcək. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaq. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb.
Həqiqət İSABALAYEVA
Neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqram hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarışındadır. Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləndirilib.Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılmış, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb. Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır.
Bu barədə AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, işlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun sözlərinə görə, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir.
Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcək. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaq. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1078
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)