12px13px15px17px
Tarix:23/01/14

“Windows Phone” informasiya təhlükəsizliyi sertifikatlarını alıb


"Microsoft" korporasiyasının "Windows Phone 8" əməliyyat sistemi üzərində işləyən smartfonlar daha təhlükəsiz olduğunu təsdiq edib.
 
"Microsoft-Azerbaijan" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu smartfonlar (ƏS) FIPS 140-2 (İnformasiya Emalının Federal Standartları) üzrə bütün 9 təhlükəsizlik tələblərinə cavab verən sertifikatları əldə edib.
 
Bu sertifikatlar ABŞ və Kanadada dövlət müəssisələrində və hökumətdə çalışan əməkdaşlara "Windows Phone" ƏS-lə olan smartfonlardan istifadə etmək imkanını yaradıb. FIPS sertifikatlarını əldə etmək üçün smartfon müəyyən təhlükəsizlik standartlarına cavab verməli, həmçinin, məlumatın saxlanması və təhlükəsiz ötürülməsi üçün proqram və aparat şifrlənməsi ilə təmin etməlidir. Bu sertifikatlar smartfonlardan yalnız dövlət müəssisələrində deyil, eyni zamanda daxili məlumatların qorunmasında və məxfiliyində maraqlı olan bütün müəssisələrdə istifadə etmək imkanını yaradır. Məsələn, "Shell" şirkəti Braziliyada bütün əməkdaşlarını "Windows Phone" smartfonları ilə təchiz edib.
Bu ilin birinci yarısında "Windows Phone 8.1" ƏS "Enterprise Feature Pack" əldə edəcək ki, bura iş adamları üçün VPN (şəxsi virtual şəbəkə) kimi vacib funksiyalar daxildir.
 
Qeyd edək ki, "Windows Phone 8" ƏS "Kernel Mode Cryptographic Primitives Library" (CNG.SYS), "Cryptographic Primitives Library" (BCRYPTPRIMITIVES.DLL), "Enhanced DSS" və "Diffie-Hellman Cryptographic Provider" (DSSENH.DLL), "Enhanced Cryptographic Provider" (RSAENH.DLL), "Boot Manager", "BitLocker Windows OS Loader" (WINLOAD), "Code Integrity" (CI.DLL), "BitLocker Windows Resume" (WINRESUME) və "BitLocker Dump Filter" (DUMPFVE.SYS) sertifikatlarını əldə edib.
 
Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən Milli Məclisdə smartfon, o cümlədən kamera və internet-brauzeri olan telefonların istifadəsinə qadağa qoyulub. Bu qərar parlament binasının xüsusi rejimli obyekt olduğu və bir çox ölkədə bu praktikadan istifadə edilməsi faktı ilə əlaqədardır.
 
Aynur Vəliyeva



Baxış sayı: 1040

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024