12px13px15px17px
Tarix:23/01/14

Bu şirkət 8 ildir televizorlar bazarına liderlik edir

Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung Electronics" şirkəti növbəti dəfə dünyada televizorların satışı üzrə hamını qabaqlayaraq ardıcıl səkkiz ildir liderliyini qoruyub. Bu barədə "DisplaySearch" analitik şirkətinin hesabatında deyilir.  

Analitiklərin hesablamalarına görə, 2013-cü ildə "Samsung" 49 milyon düzpanelli televizor satıb ki, bu da satış həcminin 46,8 milyon ədədə bərabər olduğu bir il əvvəlki göstəricidən 5 faiz çoxdur. Ötən il bütün televizor bazarının həcmi 227 milyon ədəd təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 2,2 faiz azdır.

2013-cü ilin yanvar-sentyabrının yekunları üzrə "Samsung" dünya televizor bazarına 32,3 milyon məhsul tədarük edib. İstehsalçı illik hesabatı yaxın günlərdə dərc olunacaq maliyyə hesabatında açıqlayacaq.

"CES 2014" sərgisində "Samsung"un istehlak elektronikasının buraxılışı üzrə bölməsinin rəhbəri Yun Bu-Kyun bildirib ki, şirkət 2013-cü ilin oktyabr-dekabrında 15 milyon televizor satıb. Onun sözlərinə görə, ötən il şirkət 50 milyon satılmış televizor qurğusu həddinə yaxınlaşsa da, onu ötə bilməyib.

Cari ildə Cənubi Koreya istehsalçısı televizor satışlarını 50-60 milyon ədədədək artırmaq niyyətindədir.

"IHS" analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünyada 226,8 milyon televizor istehsal olunduğu halda bir il əvvəl bu göstərici 238,3 milyon ədədə bərabər olub. Bununla da bazarda azalma 4,8 faiz təşkil edib. Bu, 2012-ci ilin göstəricisindən (-6,7 faiz) bir qədər yaxşıdır.

Ekspertlər 2014-cü ildə televizor bazarında 2018-ci ilədək davam edəcək bərpa olunma prosesinin başlayacağını düşünürlər. Lakin əvvəlki istehsal həcminə qayıtmaq 2017-ci ildən tez mümkün olmayacaq. Bu ilin yekunları üzrə 229 milyon ədəd televizorun buraxılması gözlənilir ki, bu da illik hesablamada 1 faizlik artıma bərabərdir.  


"IHS" analitikləri televizorların satışı üzrə "Samsung"un liderliyini təsdiq edərək 2013-cü ilin ikinci rübünün yekunları üzrə şirkətin 21 faiz bazar payına sahib olduğunu qeyd edirlər. İkinci yerdə digər Cənubi Koreya istehsalçısı "LG" şirkəti (16 faiz) qərarlaşıb. Üçüncü yeri Yaponiyanın "Sony" şirkəti tutub, dördüncü və beşinci yerləri Çinin "TCL" və "Hisense" şirkətləri bölüşüb. Bundan başqa, nəhəng televizor istehsalçıları onluğuna "Toshiba", "Skyworth", "Sharp", "Konka" və "Philips" şirkətləri daxildir, - "DailyComm" www.dailycomm.ru yazır.





Baxış sayı: 2400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024