12px13px15px17px
Tarix:01/02/14

2013-cü ildə “Windows Phone” sistemli smartfonların tədarükü 90 faiz artıb

2013-cü ildə "Microsoft" korporasiyasına məxsus "Windows Phone" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi 2012-ci illə müqayisədə "Nokia Lumia" modeli sayəsində 90 faiz artaraq 32,1 milyon ədəd təşkil edib. Bu barədə "Canalys" analitik şirkətinin hesabatında deyilir.

Hesabat dövründə sistemin bazar payı 3 faizə bərabər olub. "Canalys" analitiki Cinqven Vanqın fikrincə, bazar "Windows Phone" sistemli texnikadan çox istifadə edən "Nokia" şirkətinin məhsullarına platformanın qeyri-müəyyən perspektivləri səbəbindən ehtiyatla yanaşmasaydı, "Microsoft" ötən il daha böyük nəticələr əldə edə bilərdi.
Belə ki, 2013-cü ilin dördüncü rübündə bayram mövsümünün olmasına baxmayaraq "WP" sistemli smartfonların tədarükü ilin üçüncü rübü ilə müqayisədə 6 faiz azalıb. Şirkət eksperti bildirib ki, "Windows Phone"nun dünyada yüksək artım tempini qorumaq üçün "Microsoft" korporasiyası "Nokia" şirkətinin satın alınması üzrə saziş başa çatdıqdan sonra yeni modellər buraxmalıdır.
 
"Canalys"ın məlumatına görə, hesabatda yer alan 50 ölkədə smartfonların 2013-cü ildə ümumi tədarükü 998 milyona çatmaqla 2012-ci ilə nisbətən 44 faiz artıb. Ötən il "Android" əməliyyat sisteminin bazar payı bir il əvvəlki 68 faizdən 79 faizədək yüksəlib, həmçinin "Android" sistemli smartfonların tədarükü 785 milyon ədədə bərabər olub. "Apple" şirkətinin "iOS" əməliyyat sisteminin payı 2013-cü ildə bir il əvvəlki 20 faizdən 15 faizədək azalıb, halbuki bu müddət ərzində "iPhone" modellərinin tədarükü 7 faiz artaraq 154 milyon ədəd olub, - "Digit www.digit.ru" yazır.   



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024