12px13px15px17px
Tarix:03/06/11

Kompyuter səhvi Şotlandiyada ajiotaja səbəb olub

Kompyuter xətasına görə Şotlandiyanın bir neçə şəhərində ajiotaj yaranıb. “Tesco” mağazalar şəbəkəsi 3 pivə yeşiyi alması üçün alıcılara 20 funt ödəməklə, 11 funta qənaət etmək imkanı verib. Amma nasazlığa görə supermarketlərin ziyarətçiləri 11 funta 45 içki butulkası almaq imkanını əldə ediblər.
Əvvəlcə ajiotaja görə Qrinok şəhərinin “Tesco” mağazasında basabas yaranıb. Vəziyyətə polis qarışmalı olub. Vəziyyət aksiya haqqında sosial şəbəkələrdə məlumat yayılandan sonra gərginləşib. Nəticədə eyni ajiotaj Qlazqo və Bellsxille şəhərindəki mağazalarda olub.
Alıcılar pivəni evə aparıb, paltarını dəyişib, dostlara zəng edib və ucuz alkoqol üçün yenidən yola düşüblər. Sonda “Tesco” əməkdaşları kompyuter səhvini aşkar edib və onu düzəldiblər.



Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024