Tarix:06/02/14
Layihəyə Hindistanın 4,4 milyard dollarlıq nizamnamə kapitalı ilə birgə müəssisə yaradan altı dövlət şirkəti cəlb olunub. Sambhar gölünün yaxınlığında yerləşəcək stansiyanın inşasının yeddi il ərzində başa çatdırılması planlaşdırılır.
Günəş fotoelektrik stansiyasının istismar müddəti 25 il təşkil edir və gözlənildiyinə görə, ildə 6,4 milyard kVt/saat elektrik enerjisi hasil edəcək. Ölkə hökuməti nümayəndələri bildirirlər ki, stansiya atmosferə zəhərli qaz tullantılarını ildə 4 milyon ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, 2010-cu ildə Hindistanın günəş elektrik stansiyalarının ümumi gücü cəmi 17,8 meqavat olub, halbuki ötən il bu göstərici 2208 meqavatadək artırılıb. Əvvəllər qəbul edilmiş hökumət planına əsasən, 2022-ci ilədək ölkədə ümumi gücü 20 giqavat təşkil edən günəş stansiyaları fəaliyyət göstərəcək.
Hazırda Hindistanın müxtəlif hissələrində bir neçə iri günəş elektrik stansiyalarının tikintisi aparılır, - "Cybersecurity www.cybersecurity.ru" yazır.
Hindistanda dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək
Hindistan gücü 4 min meqavat təşkil edən dünyanın ən böyük günəş elektrik stansiyasını inşa etmək niyyətindədir. 77 kvadrat kilometr ərazini əhatə edəcək stansiya dörd nüvə reaktorunun gücünə bərabər olacaq. Hindistan layihəsinin indiyədək təqdim edilən günəş stansiyalarından on dəfə güclü olması nəzərdə tutulur.Layihəyə Hindistanın 4,4 milyard dollarlıq nizamnamə kapitalı ilə birgə müəssisə yaradan altı dövlət şirkəti cəlb olunub. Sambhar gölünün yaxınlığında yerləşəcək stansiyanın inşasının yeddi il ərzində başa çatdırılması planlaşdırılır.
Günəş fotoelektrik stansiyasının istismar müddəti 25 il təşkil edir və gözlənildiyinə görə, ildə 6,4 milyard kVt/saat elektrik enerjisi hasil edəcək. Ölkə hökuməti nümayəndələri bildirirlər ki, stansiya atmosferə zəhərli qaz tullantılarını ildə 4 milyon ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, 2010-cu ildə Hindistanın günəş elektrik stansiyalarının ümumi gücü cəmi 17,8 meqavat olub, halbuki ötən il bu göstərici 2208 meqavatadək artırılıb. Əvvəllər qəbul edilmiş hökumət planına əsasən, 2022-ci ilədək ölkədə ümumi gücü 20 giqavat təşkil edən günəş stansiyaları fəaliyyət göstərəcək.
Hazırda Hindistanın müxtəlif hissələrində bir neçə iri günəş elektrik stansiyalarının tikintisi aparılır, - "Cybersecurity www.cybersecurity.ru" yazır.
Baxış sayı: 785
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet