12px13px15px17px
Tarix:08/02/14

“Android” üçün zərərli tətbiqlərin sayı 10 milyonu ötür

"Kasperski laboratoriyası"nın hesablamasına görə, hazırda “Android” üçün onun zərərli tətbiqlər kolleksiyası 10 milyon təşkil edir.

Bu halda cari ilin yanvarına olan məlumata əsasən, şirkətin ekspertləri ümumilikdə mobil qurğular üçün təxminən 200 min unikal zərərverici nüsxəsi aşkar ediblər ki, bu da 2013-cü ilin sonu ilə müqayisədə 34% daha çoxdur.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Android” platforması həmişəki kimi kibercinayətkarların əsas hədəfidir. Onlar qurğuların virusa yoluxması üçün müxtəlif metodlardan istifadə edirlər, həmçinin zərərli tətbiqlər yaradırlar.

"Kasperski Laboratoriyası"nın mobil təhlükələrin təhlilinə əsaslanan məlumatına görə, “Android” üçün zərərli tətbiqlərin əksəriyyəti rusiyalı kibercinayətkarlar tərəfindən yaradılır. “Android” istifadəçilərinin maliyyə məlumatlarını ələ keçirən təhlükəli “Carberp” mobil troyanını buna nümunə kimi göstərmək olar.

"Mobil qurğular üçün təhlükələrin böyük sayına baxmayaraq, elementar informasiya təhlükəsizliyi qaydalarına riayət edilsə, virusa yoluxmanın qarşısı alınar. Hər şeydən əvvəl, qeyri-rəsmi mənbələrdən heç bir tətbiq quraşdırmaq lazım deyil. Həmçinin qurğuda "tərtibatçı rejimi"ni aktivləşdirmək lazım deyil" – "Kasperski Laboratoriyası"nın antivirus eksperti Roman Unuçek deyib.

Emil Hüseynov
 



Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024