12px13px15px17px
Tarix:17/08/11

Yerli mobil operator “Eurovision - 2012” Mahnı Müsabiqəsinin əsas tərəfdaşı oldu

Avropa Yayım İttifaqı (AYİ) Azərbaycanın ən böyük mobil rabitə operatoru və “TeliaSonera” Qrupunun üzvü olan “Azercell” şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurovision – 2012” Mahnı Müsabiqəsinin əsas tərəfdaşı kimi elan edib.
2012-ci il üzrə “Eurovision” Mahnı Müsabiqəsinin əsas tərəfdaşı kimi “Azercell”ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş pan-Avropa media, assosiasiya, tədbir və xəbərləri hazırlayan media hüquqları verilib. “Eurovision TV”-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirib: “Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən “Azercell”in müsabiqədə Təqdim Tərəfdaş kimi çıxış etməsindən məmnunuq”.
“Eurovision” Mahnı Müsabiqəsi üçün Avropa Yayım İttifaqının hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılıb. Qeyd edək ki, bu şirkət 2004-cü ildən etibarən “Eurovision” Mahnı Müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyasında eksklüziv marketinq agentliyidir. Məlumat üçün bildirək ki, tarixi 1956-cı ilə təsadüf edən “Eurovision” Mahnı Müsabiqəsinin zəngin ənənə və irsi var. O, azad yayımlanan televiziya və “onlayn” formatında mühüm vaxtda “Eurovision” peyk şəbəkəsi ilə canlı verilən əsl pan-Avropa televiziya proqramlarından biridir.



Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024