12px13px15px17px
Tarix:14/02/14

Yeni əməliyyat sistemini artıq 15 şirkət dəstəkləməyə başlayıb


“Android” əməliyyat sisteminin rəqibi “Tizen” mobil platforması 15 şirkət tərəfindən dəstəklənməyə başlayıb. Belə ki, bu məqsədlə yaradılan assosiasiyaya Yaponiyanın “Sprint” operatoru, Çinin “Baidu” axtarış sistemi “ZTE” elektronika istehsalçısı, "AccuWeather” əlavə tərtibatçısı və digər tərəfdaşlar daxildir.

2013-cü ilin noyabrında açıq çıxışlı əməliyyat sisteminin tərəfdaşları sırasında 36 şirkət yer alıb. Onlar arasında “McAfee”, “eBay”, “Panasonic”, “Sharp”, “Konami” və s. tanınmış şirkətlər olub.

“Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon hələ ki təqdim edilməyib. Bu sistemli ilk smartfonun iki həftədən sonra "Mobile World Congress” (MWC) sərgisində nümayiş olunacağı gözlənilir.
“Linux” nüvəsi əsasında yaradılan “Tizen” platforması "Samsung” şirkətinin birgə layihəsi olmaqla ilk dəfə 2011-ci ilin sentyabrında haqqında  açıqlama verilib.

Sistem “MeeGo” (Nokia “Windows Phone” sisteminə keçməzdən əvvəl Intel ilə birlikdə inkişaf etdirdiyi platformalar) və “LiMo”nun birləşməsi nəticəsində yaradılıb. Sonradan “Samsung” şirkəti “Tizen”i digər əməliyyat sistemi “bada” ilə birləşdirmək qərarına gəlib, - “Vesti www.vesti.ru” yazır.



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024