Tarix:14/02/14
Ekspertlərin hesablamalarına görə, ötən il “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi 793,6 milyon ədəd təşkil edib ki, bu da dünya bazarında 78,6 faizlik paya bərabərdir. Bir il əvvəl bu göstərici 69 faizə bərabər olub. “iOS”-un iştirak göstəricisi il ərzində əksinə, 18,7 faizdən 15,2 faizədək azalıb. Beləliklə, “iPhone” və “Android” sistemli qurğular qlobal smartfon bazarının 93,8 faizinə nəzarət edir ki, bu da 2012-ci ilin sonunda qeydə alınan nəticədən 6,1 faiz çoxdur.
2013-cü ilin yekunları üzrə smartfonlar üçün populyarlığına görə üçüncü əməliyyat sistemi payı 3,3 faizə çatan “Windows Phone” mobil əməliyyat sistemidir. Bu sistemin bazasında buraxılan aparatların sayı 33,4 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 90,9 faiz çoxdur.
“BlackBerry” şirkətinin vəziyyəti pisləşməkdə davam edir. Belə ki, Kanada istehsalçısının dünyada smartfonların satış həcmində payı iki dəfədən çox azalıb, - "3DNews www.3dnews.ru” yazır.
2013-cü ildə “Android” və “iOS” sistemlərinin smartfonlar bazarında ümumi payı 94 faizə çatıb
“IDC” şirkətinin analitikləri dünya smartfonlar bazarının həcminə yekun vuraraq 2013-cü ildə 1 milyarddan çox qurğunun buraxılmasını açıqlayıblar. Liderlik edən “Android” və “iOS” mobil əməliyyat sistemləri izləyiciləri arasında fərqi artırmaqda davam edir və bu, əsasən “Google” şirkətinin məhsulları sayəsində baş verir.Ekspertlərin hesablamalarına görə, ötən il “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi 793,6 milyon ədəd təşkil edib ki, bu da dünya bazarında 78,6 faizlik paya bərabərdir. Bir il əvvəl bu göstərici 69 faizə bərabər olub. “iOS”-un iştirak göstəricisi il ərzində əksinə, 18,7 faizdən 15,2 faizədək azalıb. Beləliklə, “iPhone” və “Android” sistemli qurğular qlobal smartfon bazarının 93,8 faizinə nəzarət edir ki, bu da 2012-ci ilin sonunda qeydə alınan nəticədən 6,1 faiz çoxdur.
2013-cü ilin yekunları üzrə smartfonlar üçün populyarlığına görə üçüncü əməliyyat sistemi payı 3,3 faizə çatan “Windows Phone” mobil əməliyyat sistemidir. Bu sistemin bazasında buraxılan aparatların sayı 33,4 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 90,9 faiz çoxdur.
“BlackBerry” şirkətinin vəziyyəti pisləşməkdə davam edir. Belə ki, Kanada istehsalçısının dünyada smartfonların satış həcmində payı iki dəfədən çox azalıb, - "3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)