12px13px15px17px
Tarix:19/02/14

Bakının daşınmaz əmlak üzrə elektron kadastrı 2015-ci ilin sonuna tərtib ediləcək


Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Kadastr və  daşınmaz əmlakın qeydiyyatı” layihəsini həyata keçirir.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə Almaniyanın maliyyə dəstəyi ilə reallaşdırılır.
 
“Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün  elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlak haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq”,- deyə komitədən bildiriblər.
 
Bununla yanaşı, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində komitə tərəfindən işlər görülür. Yaxın zamanda sistemin tətbiqinə başlanılacaq. Hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır. Komitə tərəfindən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlanılıb.
 
 



Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024