Tarix:20/02/14
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, layihənin üzərində Avropanın nüfuzlu alim və proqramçıları çalışır, onlar ona ümid edirlər ki, onların sistemi real zaman rejimində müxtəlif sosial media (ilk öncə Twitterə) ilə işləyə biləcək. Onların hesablamalarına görə, sözügedən sistem şayiə və provokasiyaların yayılmasının qarşısını almağa kömək edəcək.
Tərtibatçıların fikrincə, "Pheme" polis və hakimiyyət üçün daha faydalı olacaq. Onlar 2011-ci ildə Londonda baş vermiş hadisəni xatırlayıblar: "Twitter"də yayılmış şayiələrə görə, London zooparkından təhlükəli heyvanlar qaçıblar. Bu, şəhərdə böyük səs-küy yaratmışdı.
Məhsulun tərtibatçılarından biri Kalina Bontçeva deyib ki, sistem sosial şəbəkələrdəki postların məzmununun doğruluğunu dərhal müəyyənləşdirəcək. Bu, polisə, hakimiyyətə və qəzalı xidmətlərə kömək edəcək. "İnsanlar çox vaxt internetdə tapdıqları informasiyaya etibar edirlər. Kritik vəziyyətlərdə bu məlumatların dəqiqliyi son dərəcə vacibdir" – o deyib.
Emil Hüseynov
Kompüter sistemi sosial şəbəkələrdə yalanı aşkar edəcək
Alimlərin hazırladığı yeni kompüter sistemi sosial şəbəkələrdəki postların həqiqətə uyğun olub-olmadığını yoxlayacaq. Rəqəmli yalan detektoru Yunan-Roma ilahəsi Faminin şərəfinə "Pheme" adlandırılıb."ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, layihənin üzərində Avropanın nüfuzlu alim və proqramçıları çalışır, onlar ona ümid edirlər ki, onların sistemi real zaman rejimində müxtəlif sosial media (ilk öncə Twitterə) ilə işləyə biləcək. Onların hesablamalarına görə, sözügedən sistem şayiə və provokasiyaların yayılmasının qarşısını almağa kömək edəcək.
Tərtibatçıların fikrincə, "Pheme" polis və hakimiyyət üçün daha faydalı olacaq. Onlar 2011-ci ildə Londonda baş vermiş hadisəni xatırlayıblar: "Twitter"də yayılmış şayiələrə görə, London zooparkından təhlükəli heyvanlar qaçıblar. Bu, şəhərdə böyük səs-küy yaratmışdı.
Məhsulun tərtibatçılarından biri Kalina Bontçeva deyib ki, sistem sosial şəbəkələrdəki postların məzmununun doğruluğunu dərhal müəyyənləşdirəcək. Bu, polisə, hakimiyyətə və qəzalı xidmətlərə kömək edəcək. "İnsanlar çox vaxt internetdə tapdıqları informasiyaya etibar edirlər. Kritik vəziyyətlərdə bu məlumatların dəqiqliyi son dərəcə vacibdir" – o deyib.
Emil Hüseynov
Baxış sayı: 754
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)