12px13px15px17px
Tarix:27/02/14

Yeni 8 nüvəli prosessor nümayiş olunub

“Samsung” şirkəti Barselonada keçirilən “Mobile World Congress” (MWC) sərgisində səkkiznüvəli “Exynos 5 Octa” (5422) və altınüvəli “Exynos 5 Hexa” (5260) mobil prosessorlarını təqdim edib.   
 

Nisbətən köhnə “ARM Cortex-A15” və “ARM Cortex-A7” çiplərinə əsaslanan yeni çipin hər ikisi 32 bitlik arxitekturaya malikdir və smartfon və planşetlərdə quraşdırılmaq üçün nəzərdə tutulub. Daha güclü və bahalı “Exynos 5 Octa” bahalı qurğulara, “Exynos 5 Hexa” isə qiyməti orta səviyyəli məhsullara hesablanıb.

“Exynos 5 Octa” texniki xüsusiyyətlərinə görə “Galaxy S4” smartfon modelinin təchiz edildiyi əvvəlki səkkiznüvəli “Exynos 5 Octa” (5410) çipinə yaxındır. Cənubi Koreya istehsalçısının yeni qabaqcıl "Galaxy S5” modeli “Qualcomm Snapdragon 801” çipi ilə komplektləşdirilsə də, bəzi modellərdə “Exynos 5 Octa”dan istifadə ediləcək. "MWC”-də nümayiş olunan çip iritutumlu vəzifələrin həlli üçün 4 yüksək məhsuldarlıqlı və yüksək hesablama gücü tələb etməyən (SMS, zənglər, musiqi) gündəlik vəzifələrin həlli üçün 4 zəif nüvəyə malikdir.  

Bundan başqa, “Exynos 5 Hexa” modeli ikisi sürətli (1,7 giqahers) və dördü az enerji sərfiyyatlı altı nüvə ilə təchiz edilib. Bu variant ikinüvəli “Exynos” çiplərindən təxminən iki dəfə güclüdür. “Samsung” nümayəndələri bildiriblər ki, hər iki yeni prosessor 2560х1440 piksel təsvir ölçüsünü dəstəkləyir. Həmçinin “Exynos 5422” çipli smartfonları 16 meqapikselli kamera ilə təchiz etmək mümkündür. Bu smartfonlar “4K” formatlı videonu kənar displeydə göstərə də bilir, - “Vesti www.vesti.ru” yazır. 



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024