Tarix:04/03/14
Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət barədə hələ ki məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri qeyd ediblər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. S.Xasija vurğulayıb ki, aparat korporativ istehsalçılar və texnika ilə maraqlanan şəxslərin xoşuna gələcək.
“Karbonn”un qeyri-adi smartfonlarının Hindistandan kənar bazarlara çıxarılacağı barədə məlumat hələlik yoxdur. Qeyd edək ki, hazırda “Windows 8” və “Android” sistemlərini özündə birləşdirən bir neçə hibrid planşet kompüter istehsal edilib. Bununla yanaşı, “Windows Phone” və “Android” ilə işləyən hibrid smartfon hələ ki buraxılmayıb.
Xatırladaq ki, bu yaxınlarda "Microsoft” inkişaf etməkdə olan ölkələrin şirkətləri arasında “Windows Phone” tərəfdaşlarının sayını artırıb. Əməkdaşlıq sayəsində korporasiya “Windows Phone”nun Çin, Hindistan və böyük artım potensialına malik digər ölkələrin bazarlarında populyarlığını artırmaq niyyətindədir, - “Vesti www.vesti.ru” yazır.
Dünyada ilk ikisistemli smartfon istehsal ediləcək
Hindistanın “Karbonn” şirkəti eyni anda “Android” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən dünyanın ilk mobil qurğusunu buraxmaq niyyətindədir. Şirkət “Microsoft” korporasiyası ilə saziş imzalayıb və artıq iyunda satışlara başlamağa hazırdır. Bu barədə “Karbonn”un prezidenti Sudxir Xasija məlumat verib.Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət barədə hələ ki məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri qeyd ediblər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. S.Xasija vurğulayıb ki, aparat korporativ istehsalçılar və texnika ilə maraqlanan şəxslərin xoşuna gələcək.
“Karbonn”un qeyri-adi smartfonlarının Hindistandan kənar bazarlara çıxarılacağı barədə məlumat hələlik yoxdur. Qeyd edək ki, hazırda “Windows 8” və “Android” sistemlərini özündə birləşdirən bir neçə hibrid planşet kompüter istehsal edilib. Bununla yanaşı, “Windows Phone” və “Android” ilə işləyən hibrid smartfon hələ ki buraxılmayıb.
Xatırladaq ki, bu yaxınlarda "Microsoft” inkişaf etməkdə olan ölkələrin şirkətləri arasında “Windows Phone” tərəfdaşlarının sayını artırıb. Əməkdaşlıq sayəsində korporasiya “Windows Phone”nun Çin, Hindistan və böyük artım potensialına malik digər ölkələrin bazarlarında populyarlığını artırmaq niyyətindədir, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)