12px13px15px17px
Tarix:05/03/14

“Windows XP” istifadəçilərinə əməliyyat sistemini yeniləmək xahişi ilə bağlı mesaj göndəriləcək

"Microsoft" korporasiyası "Windows XP" quraşdırılmış kompüterlərə üzə çıxan mesaj göndərəcək. İstifadəçilərə əməliyyat sisteminin dəstəklənmə müddətinin 8 aprel 2014-cü il tarixində bitəcəyi barədə xəbərdarlıq ediləcək.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçilər mesajdakı hipermətnə keçid edərək xüsusi sayta daxil olacaqlar. Saytda "Windows XP" əməliyyat sisteminin köhnəlməsi barədə məlumat yer alacaq və yeni əməliyyat sisteminə keçmək təklif ediləcək.
Mesaj ilk dəfə 8 martda göndəriləcək və gələcəkdə hər ayın 8-də bu hal təkrarlanacaq. Bununla belə, mesajın görsənməsini bloklamaq olar.

 
25 oktyabr 2001-ci ildə çıxarılmış "Windows XP" populyarlığına görə hazırda ikinci əməliyyat sistemidir və "NetMarketShare"in məlumatına görə, onun bazar payı 29,5 faizdir.

Emil Hüseynov
 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024