12px13px15px17px
Tarix:11/03/14

İstifadəçilərin 90 faizi şəbəkədə təhlükəsizlik məsələlərindən narahatdır

“Ericsson ConsumerLab” şirkəti internet təhlükəsizliyi ilə bağlı araşdırma aparıb.
Hazırda dünyada 4,5 milyarddan çox abunəçi var, onlar internet və mobil rabitədən ünsiyyət, iş və əyləncə üçün istifadə edirlər. “Ericsson ConsumerLab” tədqiqatçıları internetdə istifadəçilərin fəaliyyətinə təsir edən amilləri müəyyənləşdirməyə qərar veriblər. Sorğunun nəticələrinə əsasən, istifadəçilərin 90 faizi internetdə təhlükəsizlik məsələlərindən narahatdır və bu amil onların fəaliyyətinə təsir edir.

İstifadəçilər fərdi məlumatların mühafizəsindən narahatdırlar. Sosial şəbəkələr, onlayn mağazalar və çoxlu sayda başqa internet resursları qeydiyyatdan keçmiş istifadəçi haqqında bəzi məlumatları təqdim edir. Sorğuya əsasən, respondentlərin 89 faizi müxtəlif meydançalarda qeydiyyatdan keçən zaman haqqında özü barədə həqiqi məlumatları qeyd edir. Bu halda rəyi soruşulanların 59 faizi fərdi məlumatlarının üçüncü şəxslər tərəfindən izlənilməsindən, 56 faizi isə şəbəkədə ötürülən informasiyanın məxfiliyindən narahatdır.

İstifadəçilər əmindirlər ki, sosial şəbəkələr kontekstində fərdi informasiya fərdi məlumatlarla məhdudlaşdırılmır: şərhlər və şəxsi fikrin söylənilməsi, həmçinin birbaşa təhlükəsizlik məsələlərinə aiddir. Rəyi soruşulmuşların 68 faizi şəbəkədə öz fikrini açıq söyləməyə hazır deyil, çünki bu informasiya, həmçinin kommersiya məqsədləri üçün istifadə edilə bilər. Lakin respondentlərin 81 faizi şəbəkədə nəyisə şərh edərkən saxta ad və linklərdən istifadə etmir.

Tədqiqatın nəticələrinə görə, istifadəçilər şəbəkədə təhlükəsizlik məsələlərinə diqqətlə yanaşırlar. Bu halda istifadəçilərin 96 faizi müxtəlif internet xidmətlərindən istifadəni azaltmağa hazırlaşmır.
Araşdırma ABŞ, Meksika, İsveç, Misir, Pakistan və Tailandda 3311 istifadəçi arasında onlayn sorğu metodu ilə aparılıb.

Emil Hüseynov
 



Baxış sayı: 1168

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Dekabr 2024

25 12 2024