Tarix:19/03/14
Son illərdə “Microsoft”u bir neçə veteran tərk edib. Onların arasında baş proqram arxitektoru Rey Ozzi və “Windows” and “Windows Live” bölməsinin prezidenti Stiven Sinofski var.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Mark Uayten “Microsoft” korporasiyasında proqram təminatı tərtibatçısı kimi işləməyə başlayıb. O, “Xbox” komandasına 2000-ci ildə daxil olub və “Xbox”, “Xbox 360” və “Xbox One” oyun konsollarının hazırlanmasında iştirak edib. 2010-cu ildə məhsul üzrə əsas direktor vəzifəsinə təyin edilib.
Rəsmi məlumata əsasən, Mark Uayten səsli avadanlıq istehsalı ilə məşğul olan “Sonos” şirkətində işə düzələcək. Vəzifəsi dəqiq bilinmir.
"Son 14 ildə Mark “Microsoft”un oyun biznesinin yaradılmasında və inkişafında aparıcı rol oynayıb. O, öz işinin peşəkarlarından ibarət güclü komandasını toplaya bilib, nəticədə qeymerlərin ixtiyarına innovasiya məhsulları təqdim edilib" – “Microsoft”un strategiya və marketinq üzrə vitse-prezidenti Yusif Mehdi deyib.
“Microsoft” korporasiyasının yeni “Xbox One” oyun konsolu satış həcminə görə əsas rəqibi “Sony PlayStation 4”-dən geri qalıb. Fevral ayının ortasına olan vəziyyətə görə, “Sony” şirkəti təxminən 5,3 milyon konsol satıb, halbuki “Microsoft”un satış həcmi təxminən 3,6 milyon təşkil edib. Hər iki oyun konsolu təxminən eyni vaxtda satışa çıxarılıb.
Emil Hüseynov
17 ildən sonra “Xbox”un əsas tərtibatçısı “Microsoft”u tərk edib
“Xbox” məhsulu üzrə baş direktor Mark Uayten 17 ildən sonra “Microsoft” korporasiyasını tərk edib.Son illərdə “Microsoft”u bir neçə veteran tərk edib. Onların arasında baş proqram arxitektoru Rey Ozzi və “Windows” and “Windows Live” bölməsinin prezidenti Stiven Sinofski var.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Mark Uayten “Microsoft” korporasiyasında proqram təminatı tərtibatçısı kimi işləməyə başlayıb. O, “Xbox” komandasına 2000-ci ildə daxil olub və “Xbox”, “Xbox 360” və “Xbox One” oyun konsollarının hazırlanmasında iştirak edib. 2010-cu ildə məhsul üzrə əsas direktor vəzifəsinə təyin edilib.
Rəsmi məlumata əsasən, Mark Uayten səsli avadanlıq istehsalı ilə məşğul olan “Sonos” şirkətində işə düzələcək. Vəzifəsi dəqiq bilinmir.
"Son 14 ildə Mark “Microsoft”un oyun biznesinin yaradılmasında və inkişafında aparıcı rol oynayıb. O, öz işinin peşəkarlarından ibarət güclü komandasını toplaya bilib, nəticədə qeymerlərin ixtiyarına innovasiya məhsulları təqdim edilib" – “Microsoft”un strategiya və marketinq üzrə vitse-prezidenti Yusif Mehdi deyib.
“Microsoft” korporasiyasının yeni “Xbox One” oyun konsolu satış həcminə görə əsas rəqibi “Sony PlayStation 4”-dən geri qalıb. Fevral ayının ortasına olan vəziyyətə görə, “Sony” şirkəti təxminən 5,3 milyon konsol satıb, halbuki “Microsoft”un satış həcmi təxminən 3,6 milyon təşkil edib. Hər iki oyun konsolu təxminən eyni vaxtda satışa çıxarılıb.
Emil Hüseynov
Baxış sayı: 794
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)