12px13px15px17px
Tarix:28/03/14

“Apple” qurğuları üçün “Office” əlavəsi təqdim edilib

“Microsoft” korporasiyası San-Fransiskoda keçirilən təqdimatda “iPad” planşet kompüterinin displeyinə uyğunlaşdırılmış “Office” ofis əlavələr paketini nümayiş etdirib.

Paketin tərkibinə üç proqram – “Word” mətn redaktoru, “Excel” cədvəli və təqdimatların yaradılması üçün “PowerPoint” daxildir. Dəsti artıq indidən “App Store” əlavələr mağazasından yükləmək mümkündür.

“iPad” üçün əlavənin hər birinin tutumu 215—260 meqabayt təşkil edir. Sənədləri qurğunun həm daxili yaddaşında, həm də “OneDrive” fayl saxlancında saxlamaq olar.

Planşet üçün ofis dəsti demək olar, onun masaüstü kompüterlər üçün nəzərdə tutulan versiyasından fərqlənmir. Belə ki, istifadəçilər eyni interfeys və elementlərlə qarşılaşacaqlar. Bundan əlavə, diaqram, “SmartArt” qrafik elementləri, haşiyə və tənləşməni qoymaq, formul,  sparklayn (vərəqin xanalarında məlumatları vizual təqdim edən kiçik diaqramlar) və şərti formatlama vasitəsilə adi hesablamalar aparmaq mümkündür. Paketdə həmçinin bir sənəd üzərində bir neçə istifadəçinin işinin dəstəklənməsi həyata keçirilib.

Qeyd edək ki, bu il “Mac” kompüterləri üçün yeni “Office” paketinin buraxılması da gözlənilir. Bu məlumatı bir neçə gün əvvəl “Microsoft” korporasiyasının rəsmi nümayəndəsi təsdiq edib. “Mac” kompüterləri üçün paketin son versiyası 2010-cu ilin oktyabrında buraxılan "Office 2011” proqramıdır, - “Vesti” www.vesti.ru yazır.  
 



Baxış sayı: 923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024