Tarix:18/08/11
Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəsisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir. Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.
Səhiyyə Nazirliyi əhaliyə 510 min ədəd elektron sağlamlıq kartı verib
Azərbaycan Səhiyyə Nazirliyi əhaliyə 510 min ədəd elektron sağlamlıq kartı verib. Bu barədə nazirliyin İnformasiya şöbəsinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, verilən kartların ümumi sayından 45 min ədədə yaxını dərman preparatlarının pulsuz əsasda verildiyi pasientlərin payına düşür. 85 min kart tibbi müayinədən keçən pasientlərə verilib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəsisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir. Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.
Baxış sayı: 1214
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet