12px13px15px17px
Tarix:01/04/14

Qlobal proqram təminatı bazarında yerdəyişmələr olub

2013-cü ildə qlobal bazarda proqram təminatı tədarükçülərinin onluğunda birinci dəfə “bulud” məhsulları üzrə ixtisaslaşmış “Salesforce.com” şirkəti qərarlaşıb. Bundan başqa, “bulud” xidmətlərinə tələbatın artması nəticəsində “Oracle” reytinqdə ikinci olub.

“Gartner” analitik şirkətindən bildirilib ki, 2013-cü ildə qlobal proqram təminatı bazarının həcmi ötən illə müqayisədə 4,8 faiz artaraq 407,3 milyard dollar olub. İnkişaf etmiş iqtisadiyyata malik ölkələr artıma səbəb olub, inkişaf etməkdə olan dövlətlərdə azalma müşahidə olunub.

“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə qlobal bazarda proqram təminatı tədarükçülərinin onluğunda yerdəyişmələr olub. “Oracle” korporasiyası birinci dəfə reytinqdə ikinci yerdə qərarlaşıb.

“IBM” korporasiyası isə reytinqdə bir pillə geriləyərək üçüncü olub.

"Son beş ildə proqram təminatı bazarının mənzərəsi dəyişilib – “Gartner”in vitse-prezidenti Coan Korreya deyib. “Bulud” hesablamaları səbəb kimi göstərilir. Proqram məhsullarının tədarükçüləri “bulud” şirkətlərini satın alaraq öz müştərilərinə müasir trendlərə uyğun gələn yeni texnologiyalar təklif edirlər. “Bulud” həlləri üzrə ixtisaslaşmış şirkətin onluqda yer alması buna bariz sübutdur".

Emil Hüseynov




Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024