12px13px15px17px
Tarix:02/04/14

Mart ayında əməliyyat sistemləri bazarında vəziyyət necə olub?

2014-cü ilin martında “Windows 7” əməliyyat sisteminin (ƏS) bazar payı ötən ayla müqayisədə artaraq 48,77 faizə çatıb, artım 1,46 faiz təşkil edib.  Hazırda “Windows 8” ƏS-nin payı 6,41 faizdir.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Windows XP” platformasının bazar payının azalması tendensiyası saxlanılıb. İstifadəçilər bu əməliyyat sistemindın imtina edirlər, lakin onun payı hələ də yüksəkdir (27,69 faiz). Ötən ay bu göstərici 29,53 faiz təşkil edib (−1,84%).
Sözügedən sistemin payının azalması “Microsoft”un apreldən etibarən “Windows XP” sisteminin dəstəklənməsini dayandırması  ilə bağlıdır.
“Net Applications” tədqiqat şirkətinin məlumatına görə, “Linux” əməliyyat sistemlərinin payı demək olar ki dəyişməyib, yəni bu göstərici 1,5 faizi ötməyib.
 
Emil Hüseynov



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024