Tarix:04/04/14
Şirkətdən verilən məlumata görə, "Feet on the floor" proqramı bütün dünyada icra olunur və "Microsoft" korporasiyasının bütün ofislərini əhatə edib. Sözügedən proqram çərçivəsində "Microsoft"un əməkdaşları özlərini satıcı-məsləhətçi rolunda sınayırlar. Dükana gələnlər üçün "Windows" platformasında işləyən cihazların seçimi ilə bağlı birbaşa "Microsoft Azerbaijan" şirkətinin əməkdaşlarına müraciət etmək, eyni zamanda, öz fikir və rəylərini bölüşmək imkanı yaradılıb ki, sonradan bu rəylər və fikirlər toplanaraq istehsalçı komandaya göndərilib. Belə ki, proqramın əsas məqsədi əməliyyat sisteminin istifadəçilərindən əks-cavab almaqdır, bunu isə ofisdə oturarkən etmək qeyri-mümkündür"- deyə "Microsoft Azerbaijan" şirkətinin əməkdaşları bildiriblər.
Şirkətin əməkdaşları ziyarətçilərə yeni innovasiya cihazlarının axınını ifadə edən yeni "Windows 8.1" əməliyyat sisteminin üstünlükləri və imkanları barədə məlumat veriblər. Bu cihazların əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət kateqoriyalarında olan hesablama gücünü, xüsusi dizaynı və enerjiyə qənaəti nümayiş etdirir. "Biz iş günümüzün birini ofisdən kənarda keçirmək qərarına gəldik ki, bu təşəbbüs çərçivəsində məhsulları peşəkarcasına tanıyan əməkdaşlarımız ziyarətçilərə ətraflı məlumat və məsləhətlər verə bilib.
"Microsoft Azerbaijan" şirkətinin komandası potensial müştəriləri ilə görüşdən və onlara "Windows 8.1" platformasının geniş imkanları barədə məlumat verməkdən məmnundur. Belə ki, istehlakçılar üçün keyfiyyətli məhsul və ən yaxşı əməliyyat sisteminin seçimi olduqca vacib məsələdir və biz böyük məmnuniyyətlə satıcı-məsləhətçi qismində çıxış etdik", - deyə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
Qeyd edək ki, sözügedən təşəbbüs çərçivəsində "Microsoft Azerbaijan" şirkəti "Windows 8.1" əməliyyat sistemli son nəsil dördnüvəli prosessorla təchiz edilmiş yeni yığcam 8 düymluq "Acer Iconia W4" planşeti təqdim edib. Planşetin spesifikasiyasına 2 Qbaytlıq operativ yaddaş, 64 Qbayt daxili yaddaş, həmçinin, yaddaş kartı üçün slot daxildir.
Cihazın bortunda məzmunu xarici monitorda əks etdirmək üçün "micro-HDMI" portu, faylların ötürülməsi və enerji toplaması üçün "micro-USB" portu, eyni zamanda, "Wi-Fi" modulları, "Bluetooth 3.0" mövcuddur. Planşetin qalınlığı 10,75 mm, çəkisi isə 415 qram təşkil edir. "Iconia W4" ev və təhsil üçün əvvəlcədən quraşdırılmış "Microsoft Office" paketi ilə ("Microsoft Office Home and Student 2013") tədarük olunur.
Həqiqət İSABALAYEVA
“Microsoft Azerbaijan”ın əməkdaşları satıcı-məsləhətçi kimi sınaqdan keçəcəklər
"Microsoft Azerbaijan" şirkətinin əməkdaşları birgünlük satıcı-məsləhətçi olacaqlar. Belə ki, şirkət əməkdaşları "Feet on thefloor" proqramı çərçivəsində Bakı şəhərinin İT dükanlarının birində satıcı-məsləhətçi qismində çıxış edərək iş gününün birini ofisdən xaric keçirəcəklər.Şirkətdən verilən məlumata görə, "Feet on the floor" proqramı bütün dünyada icra olunur və "Microsoft" korporasiyasının bütün ofislərini əhatə edib. Sözügedən proqram çərçivəsində "Microsoft"un əməkdaşları özlərini satıcı-məsləhətçi rolunda sınayırlar. Dükana gələnlər üçün "Windows" platformasında işləyən cihazların seçimi ilə bağlı birbaşa "Microsoft Azerbaijan" şirkətinin əməkdaşlarına müraciət etmək, eyni zamanda, öz fikir və rəylərini bölüşmək imkanı yaradılıb ki, sonradan bu rəylər və fikirlər toplanaraq istehsalçı komandaya göndərilib. Belə ki, proqramın əsas məqsədi əməliyyat sisteminin istifadəçilərindən əks-cavab almaqdır, bunu isə ofisdə oturarkən etmək qeyri-mümkündür"- deyə "Microsoft Azerbaijan" şirkətinin əməkdaşları bildiriblər.
Şirkətin əməkdaşları ziyarətçilərə yeni innovasiya cihazlarının axınını ifadə edən yeni "Windows 8.1" əməliyyat sisteminin üstünlükləri və imkanları barədə məlumat veriblər. Bu cihazların əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət kateqoriyalarında olan hesablama gücünü, xüsusi dizaynı və enerjiyə qənaəti nümayiş etdirir. "Biz iş günümüzün birini ofisdən kənarda keçirmək qərarına gəldik ki, bu təşəbbüs çərçivəsində məhsulları peşəkarcasına tanıyan əməkdaşlarımız ziyarətçilərə ətraflı məlumat və məsləhətlər verə bilib.
"Microsoft Azerbaijan" şirkətinin komandası potensial müştəriləri ilə görüşdən və onlara "Windows 8.1" platformasının geniş imkanları barədə məlumat verməkdən məmnundur. Belə ki, istehlakçılar üçün keyfiyyətli məhsul və ən yaxşı əməliyyat sisteminin seçimi olduqca vacib məsələdir və biz böyük məmnuniyyətlə satıcı-məsləhətçi qismində çıxış etdik", - deyə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
Qeyd edək ki, sözügedən təşəbbüs çərçivəsində "Microsoft Azerbaijan" şirkəti "Windows 8.1" əməliyyat sistemli son nəsil dördnüvəli prosessorla təchiz edilmiş yeni yığcam 8 düymluq "Acer Iconia W4" planşeti təqdim edib. Planşetin spesifikasiyasına 2 Qbaytlıq operativ yaddaş, 64 Qbayt daxili yaddaş, həmçinin, yaddaş kartı üçün slot daxildir.
Cihazın bortunda məzmunu xarici monitorda əks etdirmək üçün "micro-HDMI" portu, faylların ötürülməsi və enerji toplaması üçün "micro-USB" portu, eyni zamanda, "Wi-Fi" modulları, "Bluetooth 3.0" mövcuddur. Planşetin qalınlığı 10,75 mm, çəkisi isə 415 qram təşkil edir. "Iconia W4" ev və təhsil üçün əvvəlcədən quraşdırılmış "Microsoft Office" paketi ilə ("Microsoft Office Home and Student 2013") tədarük olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 940
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet