Tarix:07/04/14
Təəssüf ki, “Windows XP” kimi məşhur əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması nəticəsində bu sistemdən davamlı istifadə edənlər üçün bir sıra təhlükəsizlik problemləri yaranacaq. Cari ilin aprelin 8-dən etibarən “XP” üçün sistem boşluqlarına qarşı yeniləmə dayandırılacaq.
“XP” sistemindən istifadəyə davam edənlər üçün daha bir pis xəbər ondan ibarətdir ki, daha müasir əməliyyat sistemi üçün nəzərdə tutulan və sistemlər arasında paylaşılan oxşar arxitektura və bazaya malik gələcək təhlükəli proqramlar, “XP” sisteminin daha asanlıqla hücumlara məruz qalmasına gətirib çıxaracaq.
Beləliklə, real risklərin dərk edilməsi və onların azaldılması sahəsində addımların atılması təşkilatlar üçün ən mühüm məsələlərdəndir. “ICTnews” elektron xəbər xidməti “Microsoft Azerbaijan” şirkətinin məsələ ilə bağlı tövsiyələrini təqdim edir.
1. “XP” sistemini yeniləmək və ya əvəz etmək. Bir çox şirkətin “XP” əməliyyat sistemi ilə bağlı təhlükələri azaltmaq üsulları axtardıqları halda, bu sistemi dəyişmək daha asan olardı; çünki gec və ya tez “Windows” sistemləri köhnəlməyə məhkumdular.
2.“Microsoft”un xüsusi dəstəyinin əldə edilməsi. Aprelin 8-dən sonra “Microsoft” korporasiyası “XP” sistemləri üçün yeniləmələr təchizatını davam etsə də, bu imkan yalnız premium dəstək paketi əldə edənlər üçün əlçatan olacaq. Şirkətlərə qısa müddətdə “XP” sistemindən imtina etmək tövsiyə olunduğuna baxmayaraq, “Microsoft” bu sistemlər üçün 200 ABŞ dolları məbləğində dəstək paketi təklif edəcək.
3. “XP” sistemlərinin izolyasiyası. “XP”-nin tam təhlükəsizliyini təmin etmək üçün onu bütün şəbəkə bağlantılarından kəsmək və istifadəçiləri pozmaq gərəkdir; təbii ki, bu, sistemin qeyri-funksionallığı ilə nəticələnəcək. Bu vəziyyətdən çıxış, xarici şəbəkə bağlantıları və daxili kommunikasiyanı yalnız məlum və təhlükəsiz portlar və protokollar vasitəsilə yönəltməkdən ibarət ola bilər. Buna isə şəxsi və şəbəkə fayervolları, ruter yoxlama-keçid listi, proksi məhdudiyyətləri və VLAN ünvanlarının izolyasiyasından ibarət olan texnika kombinasiyalarından istifadə etməklə nail olunur. Lakin belə üsulun qiyməti “XP” sisteminin dəyişmək qiymətindən daha baha başa gələcək, eyni zamanda daha az funksional imkanlara malik olacaq.
4. Prioritet yenilənmələr. Şirkətin ölçülərindən asılı olaraq, “XP”-dən tam imtina etməyə ehtiyac olmaya da bilər. Məsələ yalnız bəzi əhəmiyyətli məlumatlar olan sistemlərin yenilənməsi ilə sadələşdirilə bilər.
5. “Windows XP”rejimini unutmayaq. Yeni əməliyyat sisteminə keçidi rahatlaşdırmaq üçün “Windows 7”-də “Windows XP” rejimi mövcuddur. Təəssüf ki, bu rejim də nəticədə “Windows XP” kimi təhlükə mənbəyinə çevrilə bilər və ona görə “Microsoft” ondan yalnız söndürülmüş internetlə istifadə etməyi tövsiyə edir.
Başqa üsullar olmadığı halda, yuxarıda təsvir edilənlər dəstəklənməyən əməliyyat sisteminin istifadəsi ilə bağlı olan təhlükələri azalda bilər. Bununla belə, təhlükəsizliyin qayğısına qalanlar nə etmək lazım olduğunu bilirlər.
Məlumat üçün bildirək ki, 1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var.
“Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
“Windows XP” sistem risklərini azaltmağın 5 yolu
”Windows XP”-nin gözlənilən bitmə müddətinə baxmayaraq, təşkilatların bir çoxu 13 yaşlı bu əməliyyat sistemindən “Microsoft”un dəstəyi olmadan belə istifadə etməyə davam edirlər. Bir çox xəbərdarlıqlara rəğmən, “XP” dünyanın ən məşhur ikinci əməliyyat sistemi olmaqda davam edir və “NetMarketShare”in yaydığı məlumata əsasən, bu əməliyyat sistemini dünya kompüter istifadəçilərinin ¼ hissəsi istifadə edir.Təəssüf ki, “Windows XP” kimi məşhur əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması nəticəsində bu sistemdən davamlı istifadə edənlər üçün bir sıra təhlükəsizlik problemləri yaranacaq. Cari ilin aprelin 8-dən etibarən “XP” üçün sistem boşluqlarına qarşı yeniləmə dayandırılacaq.
“XP” sistemindən istifadəyə davam edənlər üçün daha bir pis xəbər ondan ibarətdir ki, daha müasir əməliyyat sistemi üçün nəzərdə tutulan və sistemlər arasında paylaşılan oxşar arxitektura və bazaya malik gələcək təhlükəli proqramlar, “XP” sisteminin daha asanlıqla hücumlara məruz qalmasına gətirib çıxaracaq.
Beləliklə, real risklərin dərk edilməsi və onların azaldılması sahəsində addımların atılması təşkilatlar üçün ən mühüm məsələlərdəndir. “ICTnews” elektron xəbər xidməti “Microsoft Azerbaijan” şirkətinin məsələ ilə bağlı tövsiyələrini təqdim edir.
1. “XP” sistemini yeniləmək və ya əvəz etmək. Bir çox şirkətin “XP” əməliyyat sistemi ilə bağlı təhlükələri azaltmaq üsulları axtardıqları halda, bu sistemi dəyişmək daha asan olardı; çünki gec və ya tez “Windows” sistemləri köhnəlməyə məhkumdular.
2.“Microsoft”un xüsusi dəstəyinin əldə edilməsi. Aprelin 8-dən sonra “Microsoft” korporasiyası “XP” sistemləri üçün yeniləmələr təchizatını davam etsə də, bu imkan yalnız premium dəstək paketi əldə edənlər üçün əlçatan olacaq. Şirkətlərə qısa müddətdə “XP” sistemindən imtina etmək tövsiyə olunduğuna baxmayaraq, “Microsoft” bu sistemlər üçün 200 ABŞ dolları məbləğində dəstək paketi təklif edəcək.
3. “XP” sistemlərinin izolyasiyası. “XP”-nin tam təhlükəsizliyini təmin etmək üçün onu bütün şəbəkə bağlantılarından kəsmək və istifadəçiləri pozmaq gərəkdir; təbii ki, bu, sistemin qeyri-funksionallığı ilə nəticələnəcək. Bu vəziyyətdən çıxış, xarici şəbəkə bağlantıları və daxili kommunikasiyanı yalnız məlum və təhlükəsiz portlar və protokollar vasitəsilə yönəltməkdən ibarət ola bilər. Buna isə şəxsi və şəbəkə fayervolları, ruter yoxlama-keçid listi, proksi məhdudiyyətləri və VLAN ünvanlarının izolyasiyasından ibarət olan texnika kombinasiyalarından istifadə etməklə nail olunur. Lakin belə üsulun qiyməti “XP” sisteminin dəyişmək qiymətindən daha baha başa gələcək, eyni zamanda daha az funksional imkanlara malik olacaq.
4. Prioritet yenilənmələr. Şirkətin ölçülərindən asılı olaraq, “XP”-dən tam imtina etməyə ehtiyac olmaya da bilər. Məsələ yalnız bəzi əhəmiyyətli məlumatlar olan sistemlərin yenilənməsi ilə sadələşdirilə bilər.
5. “Windows XP”rejimini unutmayaq. Yeni əməliyyat sisteminə keçidi rahatlaşdırmaq üçün “Windows 7”-də “Windows XP” rejimi mövcuddur. Təəssüf ki, bu rejim də nəticədə “Windows XP” kimi təhlükə mənbəyinə çevrilə bilər və ona görə “Microsoft” ondan yalnız söndürülmüş internetlə istifadə etməyi tövsiyə edir.
Başqa üsullar olmadığı halda, yuxarıda təsvir edilənlər dəstəklənməyən əməliyyat sisteminin istifadəsi ilə bağlı olan təhlükələri azalda bilər. Bununla belə, təhlükəsizliyin qayğısına qalanlar nə etmək lazım olduğunu bilirlər.
Məlumat üçün bildirək ki, 1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var.
“Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)