12px13px15px17px
Tarix:08/04/14

Avropa dövlətləri “Windows XP” sisteminin dəstək müddətinin uzadılması üçün “Microsoft”a pul ödəyir


Böyük Britaniya və Hollandiya hakimiyyəti “Microsoft” korporasiyasının “Windows XP” əməliyyat sisteminin sonrakı dəstəyini təmin etmək üçün proqram nəhənginə milyon ödəməyə razılaşıblar.
 
Böyük Britaniya hökumətində hazırda “Windows XP” platforması ilə işləyən təxminən 20 min fərdi kompüterdən istifadə olunur. Proqram nəhəngi ilə saziş Böyük Britaniya hökumətinə təxminən 9,1 milyon dollara başa gəlib.
 
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Hollandiya hakimiyyətinin proqram nəhənginə hansı məbləği ödəməsi açıqlanmır. Yerli “Dutch News” nəşri hesab edir ki, hökumətdə təxminən 34-40 min kompüter “Windows XP” sistemi ilə işləyir və “Microsoft” hər bir kompüter üçün 200 dollar tələb edir. Bu halda Hollandiya hakimiyyətinin ödəyəcəyi məbləğ 6,8-8 milyon təşkil edə bilər.
 
Xatırladaq ki, “Windows XP” platformasının rəsmi dəstəyi aprelin 8-də bitir. “Microsoft” ilk dəfə 2007-ci ildə bu barədə məlumat verib. Beləliklə, əməliyyat sisteminin yeni versiyalarına keçmək üçün hökumətlərin ehtiyatında 5 il vaxt olub.
 
“Windows XP” sistemi 2001-ci ildə çıxarılıb. Bir çoxları bu platformanı “Microsoft”un ən uğurlu məhsullarından biri hesab edirlər.
 
Emil Hüseynov
 



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024