12px13px15px17px
Tarix:09/04/14

Pivə butulkasından dünyanın ən qədim mesajı çıxdı

Alman balıqçısı şüşə butulkada dünyanın ən qədim mesajını tapıb.
 
http://www.huffingtonpost.com/”-un yaydığı xəbərə görə, Hamburqda yerləşən Beynəlxalq Dəniz Muzeyi pivə butulkasında tapılan və dünyanın ən qədim mesajı hesab edilən məktubun öz ünvanına təqdim edildiyini bildirib.
 
Almaniyanın Kiel şəhərinin sakini tərəfindən Baltik dənizindən çıxarılan mesajın ilk hal olduğunu, üstəlik, indiyə qədər toxunulmaz qaldığını vurğulayan muzey daha sonra müəllifin identifikasiyası üçün tədqiqatlara başlandığını qeyd edib.
 
Tədqiqatçılar babası tərəfindən məktubun yazıldığı nəvəni - Berlin sakini 62 yaşlı Angela Erdmanı tapa biliblər. Angela keçən həftə Hamburq muzeyində qəhvəyi butulkanı ilk dəfə əlinə ala bilib. Butulkanın içərisində yerləşən açıqcada onu tapan şəxsdən məktubun sahibinin Berlindəki ünvanına qaytarılması xahiş edilir.
 
DPA alman informasiya agentliyi ilə təəssüratlarını paylaşan Erdman həyəcanını gizlətməyib: “İnanılmazdı. Bu, kifayət qədər təsirli hadisə idi. Xəbəri eşidəndə göz yaşlarım yanaqlarımdan süzülürdü”.
 
 
Tədqiqatçılar ünvan əsasında məktubu dənizə atan şəxsi də müəyyən edə biliblər.
 
Belə ki, dünyanın ən qoca məktubunu Baltikə 1913-cü ildə təbiətə minnətdarlıq yürüşü qrupunda iştirakı zamanı 20 yaşlı çörəkçi oğlu Riçard Platz tullayıb.
 
Berlində aparılan genealoji tədqiqat müəyyən edib ki, Erdmanın heç vaxt üzünü görmədiyi və 1946-cı ildə 54 yaşında dünyasını dəyişən Platzonun babasıdır.
 
Riçardın xətti ilə yazılmış məktubların müqayisəsi müəllifin məhz Platz olduğunu bir daha təsdiqləyib.
 
 Erdman sürpriz kəşfin onu sosial-demokrat olan babasını kəsilib saxlanmış qəzet və şəkil parçaları vasitəsilə daha yaxından tanımağa və ailəsi haqda daha dərindən maraqlanmağa ilhamlandırdığını deyib.
 
Kəşf mayı ayının 1-nə qədər Beynəlxalq Dəniz Muzeyində nümayiş etdiriləcək.
 
Ondan sonra isə ekspertlər əldə edilməzdən əvvəl təxminən 98 ilini suda keçirən, zamanın və nəmişliyin təsirindən mürəkkəbinin çox hissəsi qarışmış açıqcanın qalan hissəsinin şifrini açmağa çalışacaqlar. Mesaj Ginnesin Rekordlar Kitabına isə 1914-cü il tarixindən tanınaraq daxil edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024