Tarix:10/04/14
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, ümumilikdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutları tərəfindən regionlarda elmin populyarlığının artırılması, ümumtəhsil məktəbləri, liseylər və ali təhsil ocaqları ixtisaslaşmış olimpiadaların keçirilməsi sahəsində bir sıra işlər görülüb.
Belə ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda olimpiadaların keçirilməsi üçün mütəxəssislərdən ibarət təşkilat komissiyası yaradılıb. Bakı və Sumqayıt şəhərlərinin bir neçə məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı Şəhər Təhsil idarələri ilə danışıqlar aparılıb və razılıq əldə edilib. İsmayıllı rayonunun 2 orta məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı rayon icra hakimiyyətinin başçısı ilə razılıq əldə olunub. AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası isə Şamaxıda keçirilmiş “Əyləncəli elm” adlı tədbirin təşkilatçısı olub. Tədbir AMEA Şamaxı Astrofizika Rəsədxanasında Şamaxının orta məktəblərinin fizika və kimya ilə maraqlanan şagirdlərinin iştirakı ilə keçirilib. Fizika sahəsinə aid maraqlı təcrübələr institut gənclərinin hazırladıqları əyani vəsaitlərlə nümayiş etdirilib. Tədbir silsilə xarakter daşıdığına görə digər bölgələrə də səfərlər planlaşdırılır.
AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə X siniflər arasında sınaq olimpiadası keçirilib. Məktəblilər arasında elmə maraq yaratmaq məqsədi ilə təşkil olunmuş olimpiadanın sualları institutun əməkdaşları tərəfindən hazırlanıb. Yüksək nəticə göstərmiş 9 şagird 19 aprel 2014-cü ildə keçiriləcək olimpiadada iştirak edəcək.
Həqiqət İSABALAYEVA
İstedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb
Bakı şəhəri 117 saylı tam orta məktəbdə istedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb. AMEA Kibernetika İnstitutu tərəfindən həyata keçirilən bu işlər çərçivəsində olimpiada hazırlığı üçün məktəbdə dərnək açılıb. Həmçinin bu məktəbdə yeni tədris ilindən “Kompüter elmləri” təmayüllü sinfin yaradılması istiqamətində də işlər aparılır.Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, ümumilikdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutları tərəfindən regionlarda elmin populyarlığının artırılması, ümumtəhsil məktəbləri, liseylər və ali təhsil ocaqları ixtisaslaşmış olimpiadaların keçirilməsi sahəsində bir sıra işlər görülüb.
Belə ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda olimpiadaların keçirilməsi üçün mütəxəssislərdən ibarət təşkilat komissiyası yaradılıb. Bakı və Sumqayıt şəhərlərinin bir neçə məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı Şəhər Təhsil idarələri ilə danışıqlar aparılıb və razılıq əldə edilib. İsmayıllı rayonunun 2 orta məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı rayon icra hakimiyyətinin başçısı ilə razılıq əldə olunub. AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası isə Şamaxıda keçirilmiş “Əyləncəli elm” adlı tədbirin təşkilatçısı olub. Tədbir AMEA Şamaxı Astrofizika Rəsədxanasında Şamaxının orta məktəblərinin fizika və kimya ilə maraqlanan şagirdlərinin iştirakı ilə keçirilib. Fizika sahəsinə aid maraqlı təcrübələr institut gənclərinin hazırladıqları əyani vəsaitlərlə nümayiş etdirilib. Tədbir silsilə xarakter daşıdığına görə digər bölgələrə də səfərlər planlaşdırılır.
AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə X siniflər arasında sınaq olimpiadası keçirilib. Məktəblilər arasında elmə maraq yaratmaq məqsədi ilə təşkil olunmuş olimpiadanın sualları institutun əməkdaşları tərəfindən hazırlanıb. Yüksək nəticə göstərmiş 9 şagird 19 aprel 2014-cü ildə keçiriləcək olimpiadada iştirak edəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 841
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)