12px13px15px17px
Tarix:11/04/14

“Android” üçün yeni əlavələr yoxlanışı servisi istifadəyə veriləcək

“Google” şirkəti smartfon və planşet kompüterlərdə əlavələri mütəmadi yoxlayacaq yeni servisi işə salmaq niyyətindədir. Hazırda proqramları yalnız quraşdırılma zamanı skan etmək mümkündür.

"Google Verify Apps” funksiyasının ən etibarlı hesab edilməsinə baxmayaraq “Android” əməliyyat sistemində zərərli proqramlar üçün boşluqlar daha çox aşkar olunur. Belə ki, virusların 97 faizindən çoxu məhz bu sistemin payına düşür. Bundan başqa, qısa müddət ərzində istifadəçilər arasında populyarlıq qazanan son "Virus Shield” pullu antivirus əlavəsi də saxta çıxıb.

“AVAST” şirkətinin mütəxəssisləri "Google Play” əlavələr mağazasında istifadəçilərin pulunu oğurlayan "Camara Vision Nocturna” adlı zərərli proqram aşkarlayıblar. Bildirilir ki, proqram vasitəsilə qaranlıq yerdə işıqlandırıcı olmadan və gecə diqqət çəkmədən şəkillər çəkmək mümkündür. Əslində isə əlavə ödənişli SMS-bildirişlərdə qeydə alınaraq hesabdan pul çıxarır.

“Google” bəyan edir ki, zərərli proqramların yalnız bir faizi “Verify Apps” təhlükəsizlik sistemini keçmək imkanına malikdir. Lakin şirkətdə güman edirlər ki, bu, yetərli deyil. Çünki “Google” bu rəqəmi sıfıra endirmək və “Android”i daha təhlükəsiz sistemə çevirmək niyyətindədir.

Mütəxəssislərin fikrincə, yeni servisin antivirus bazasının daima çoxalması səbəbindən o, ilkin yoxlama zamanı tanımadığı virusları aşkar edə biləcək.  

ABŞ internet şirkəti olan “Google” bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   

Şirkət axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - "Lenta www.lenta.ru” yazır.
 



Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024