Tarix:15/04/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi Penitensiar xidmətdə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin istismara hazırlıq mərhələsinin müzakirəsi olub.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə yeni texnologiyaların tətbiqi ilə əlaqədar "Ultra Computers" icraçı şirkəti ilə imzalanmış müqaviləyə əsasən penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin yaradılması nəzərdə tutulub.
Layihənin icra vəziyyəti barədə benefisiar təşkilatının nümayəndəsi, qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəhim Şeyxəliyevin, "Ultra Computers" şirkətinin proqram təminatı istehsalı qrupunun rəhbəri Elmar Məmmədovun məruzələri dinlənilib.
Layihənin hazırkı mərhələsində görülmüş və gələcəkdə görülməli işlər barədə geniş müzakirələr aparılıb, layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb. Layihənin icrası istiqamətində və real vəziyyətin müəyyənləşdirilməsi məqsədi ilə ortaq işçi qrupunun yaradılması və bir ay müddətində yekun hesabatın dinlənilməsi planlaşdırılıb. İşçi qrupunun hesabat məruzələri may ayının 2-nə təyin olunub.
Aynur Vəliyeva
Azərbaycanın Penitensiar xidməti “Vahid Elektron Baza və İdarəetmə Sistemi”nin yaradılmasını sürətləndirir
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və "Ultra Computers" icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə görüşü keçirilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi Penitensiar xidmətdə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin istismara hazırlıq mərhələsinin müzakirəsi olub.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə yeni texnologiyaların tətbiqi ilə əlaqədar "Ultra Computers" icraçı şirkəti ilə imzalanmış müqaviləyə əsasən penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə "Vahid Elektron Baza və İdarəetmə Sistemi"nin yaradılması nəzərdə tutulub.
Layihənin icra vəziyyəti barədə benefisiar təşkilatının nümayəndəsi, qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəhim Şeyxəliyevin, "Ultra Computers" şirkətinin proqram təminatı istehsalı qrupunun rəhbəri Elmar Məmmədovun məruzələri dinlənilib.
Layihənin hazırkı mərhələsində görülmüş və gələcəkdə görülməli işlər barədə geniş müzakirələr aparılıb, layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb. Layihənin icrası istiqamətində və real vəziyyətin müəyyənləşdirilməsi məqsədi ilə ortaq işçi qrupunun yaradılması və bir ay müddətində yekun hesabatın dinlənilməsi planlaşdırılıb. İşçi qrupunun hesabat məruzələri may ayının 2-nə təyin olunub.
Aynur Vəliyeva
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)