Tarix:18/04/14
AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov tərəfindən işlənmiş metod və peyk təsvirlərində parıltıların deşifrlənməsinə onun tətbiqi öz əksini tapıb. İnstitutdan bildirilib ki, burada iki parametrə: Qrinviçə görə verilən zamana və geostasionar peykin koordinatına (uzunluq dairəsi) görə Günəş parıltısının yerinin coğrafi koordinatları 3 mərhələdə təyin edilir.
Belə ki, verilən zaman anı üçün Yer kürəsinin orbitdə yeri təyin olunur. Zamanın bu anı üçün Yer kürəsinin başlanğıc ana nəzərən mövqeyi, eləcə də Günəş, Yer və peykin qarşılıqlı vəziyyəti tapılır. İşığın səthdən əksi qanunundan əldə edilmiş tənlik həll edilərək “əks olma nöqtəsi”, yəni parıltının yeri (koordinatları) tapılır.
Bu məsələlər müəllifin “Geostasionar Peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini” adlı yeni kitabında qeyd edilib. Eyni zamanda sözügedən metodla hesablamaların nəticələrinin real peyk təsvirlərinə tətbiqi də kitabda geniş əksini tapıb. Kitabın sonunda Günəş parıltısının Yer kürəsi üzərində ilin müxtəlif aylarında günlük trayektoriyaları və müxtəlif saatlar üçün illik izlərinin xəritələri və beş günlük addımla saatbaşı parıltının koordinatlarının (en dairəsi, uzunluq dairəsi) cədvəli verilib. Xəritə və cədvəldə verilən məlumat əsasında Avropanın METEOEAT 9&10 peyk təsvirlərində Günəş parıltıları deşifrlənə bilər.
Bu təsvirlər http://oiswww.eumetsat.org/IPPS/html/MSG/IMAGERY/VIS006/BW/FULLDISC/
saytından sərbəst əldə edilə bilir.
Həqiqət İSABALAYEVA
Azərbaycanlı alim geostasionar peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini ilə bağlı həll yollarını araşdırıb
Azərbaycanlı alim geostasionar peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini ilə bağlı həll yollarını araşdırıb. Alim Yerin məsafədən zondlama problemlərinin həlli üçün Günəşin və Peykin mövqeyindən asılı olaraq Okean və ya dəniz üzərində Günəş parıltılarının əhatə etdiyi bölgənin yerinin (coğrafi koordinatlarının), formasının, ölçülərinin və bu bölgə içərisində parıltıların parlaqlığının təyin olunması kimi ortaya çıxan vacib problemin həllini göstərib.AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov tərəfindən işlənmiş metod və peyk təsvirlərində parıltıların deşifrlənməsinə onun tətbiqi öz əksini tapıb. İnstitutdan bildirilib ki, burada iki parametrə: Qrinviçə görə verilən zamana və geostasionar peykin koordinatına (uzunluq dairəsi) görə Günəş parıltısının yerinin coğrafi koordinatları 3 mərhələdə təyin edilir.
Belə ki, verilən zaman anı üçün Yer kürəsinin orbitdə yeri təyin olunur. Zamanın bu anı üçün Yer kürəsinin başlanğıc ana nəzərən mövqeyi, eləcə də Günəş, Yer və peykin qarşılıqlı vəziyyəti tapılır. İşığın səthdən əksi qanunundan əldə edilmiş tənlik həll edilərək “əks olma nöqtəsi”, yəni parıltının yeri (koordinatları) tapılır.
Bu məsələlər müəllifin “Geostasionar Peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini” adlı yeni kitabında qeyd edilib. Eyni zamanda sözügedən metodla hesablamaların nəticələrinin real peyk təsvirlərinə tətbiqi də kitabda geniş əksini tapıb. Kitabın sonunda Günəş parıltısının Yer kürəsi üzərində ilin müxtəlif aylarında günlük trayektoriyaları və müxtəlif saatlar üçün illik izlərinin xəritələri və beş günlük addımla saatbaşı parıltının koordinatlarının (en dairəsi, uzunluq dairəsi) cədvəli verilib. Xəritə və cədvəldə verilən məlumat əsasında Avropanın METEOEAT 9&10 peyk təsvirlərində Günəş parıltıları deşifrlənə bilər.
Bu təsvirlər http://oiswww.eumetsat.org/IPPS/html/MSG/IMAGERY/VIS006/BW/FULLDISC/
saytından sərbəst əldə edilə bilir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 991
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet