12px13px15px17px
Tarix:21/04/14

"Galaxy S5” alıcılarının 38 faizi əvvəllər “iPhone” sahibi olub

Böyük Britaniyanın istifadə olunmuş elektron qurğuların satışı üzrə ixtisaslaşan "CompareMyMobile" xidməti istehlakçılar arasında hansı smartfonun daha populyar olmasını araşdırıb. Tədqiqat zamanı bəlli olub ki, öz "iPhone 4S" modelini dəyişmək istəyən alıcıların 38 faizi "Samsung" şirkətinin qabaqcıl "Galaxy S5" smartfonunu almaq qərarına gəlib.  
 
Smartfonlar arasında "iPhone 4S"-dən sonra satış təkliflərinin sayına görə ikinci yeri "Samsung Galaxy S3", üçüncünü "iPhone 5s" modelləri tutub. Qeyd olunur ki, əvvəllər istifadə olunmuş "Galaxy S3" smartfonunun satışının artmasını aparatın köhnəlməsi ilə izah etmək olar, lakin "iPhone 5s" ilə bağlı bu tendensiyanın səbəbləri məlum deyil.
 
Xatırladaq ki, ötən cümə günü 125 ölkədə "Galaxy S5" modelinin rəsmi satışlarına başlanıb ki, bu da Cənubi Koreya şirkətinin smartfonları üçün ən böyük start olub. Qabaqcıl modelin qiyməti Avropada operatora bağlılığı olmadan 600 dollar, ABŞ-da 700 dollar təşkil edir. Cənubi Koreya mətbuatının məlumatının görə, "Samsung Galaxy S5" satışa çıxarıldığı ilk gün satış həcminə görə əvvəlki modelləri 30 faiz üstələyərək rekorda imza atıb, - "Onliner www.onliner.by" yazır.
 
 



Baxış sayı: 1487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024