12px13px15px17px
Tarix:26/04/14

Qafqazda ilk dəfə olaraq Azərbaycanda dializ xəstələri xüsusi çip kartlarla təmin edilir

Qafqazda ilk dəfə olaraq Azərbaycanda dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiyadializ proqramının tətbiqinə başlanılıb. Proqram Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində həyata keçirilir. Komitənin Mətbuat Xidmətindən bildirilib ki, dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir.
 
Bu kartda əsasən pasientin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir: “Tətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə şərait yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni “KritLayn” (CritLine) cihazının istifadəsinə də başlanılıb. “KritLayn” cihazı prosedur zamanı xəstənin hemoqlobinini, hematokriti, oksigen saturasiyasını və resirkulyasiya indeksini onlayn rejimdə izləməyə imkan verir.
 
Ondan əlavə bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir”.
 
 
Qeyd edək ki, yeni sistemin tətbiqi xəstə haqqında mütəxəssislərin daha düzgün qərar qəbul etməsini və xəstəliyin inkişafını daim müşahidə altında saxlamağa imkan verir.  Sistemin tətbiqi üçün Almaniya istehsalı olan 6 ədəd xüsusi aparat alınaraq hospitalda quraşdırılıb.  Bu da dializ xəstələrinin  tibb elminin ən mütərəqqi üsulları ilə müalicəsinə imkan verəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024