Tarix:26/04/14
İnstitutdan verilən məlumata görə, konfransa qeydiyyat elektron qaydada aparılıb, Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən 50-dən çox müəllim və təhsil işçisi, gənc tədqiqatçı və valideynlər qatılıblar.
Konfransı giriş sözü ilə açan professor Ramiz Məmmədzadə
çıxışında Azərbaycan Müəllimlər İnstitutunda həyata keçirilən müxtəlif layihələr, innovativ-öyrədici təlimlərdən danışıb:
“İnstitutda 2006/2007-ci ildən təhsil sahəsində İslahat Proqramına uyğun olaraq “Təhsildə innovasiya kabineti” fəaliyyət göstərir. Əsasnaməyə uyğun olaraq kabinet təhsil sahəsində mövcud olan innovasiyaların üzə çıxarılması, bu problemlə bağlı materialların toplanması, innovasiya bankının (xarici və yerli təcrübə əsasında) yaradılması, təhlili, ümumiləşdirilməsi və pedaqoji kadrlar arasında yayılmasını təmin edir. Hər il onlarla pedaqoq kurikulum təlimindən keçir. Hətta IV kurslarda da artıq neçə ildir ki, kurikulum təlimləri aparılır və bu, məzunlarımızın işə qəbulunda reytinqini artırır. 2012-2014-cü illərdə institutun 100-dən artıq əməkdaşı “Elektron lövhə” və “Veb-2” texnologiyaları üzrə təlimlərdən keçib və öyrəndiklərini uğurla tətbiq edir. Zamanın çağırışına cavab olaraq inklüziv təhsil sahəsində də xeyli təcrübə qazanılıb”.
Sonra konfransda “Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin artırılmasında rolu”, “İnnovasiyaların idarə edilməsi”, “Yeni Təlim Texnologiyaları: Kompüterdən istifadə informasiya mədəniyyətinin formalaşdırılmasının başlıca amili kimi”, “Təhsilin keyfiyyətinin yüksəldilməsində mentorluq sisteminin yaradılmasının rolu”, “Təhsil işçilərinin İKT-dən istifadəsi” və digər mövzularda maraqlı məruzələr edilib.
Sonda konfransın məruzəçilərinə diplomlar, iştirakçılarına isə sertifikatlar təqdim olunub.
CAHANGİR
AMİ-də təhsildə həyata keçirilən innovasiyalara dair konfrans təşkil olunub
Azərbaycan Müəllimlər İnstitutunda təhsildə həyata keçirilən innovasiyalara həsr olunmuş “Təhsildə innovasiyalar” elmi-praktik konfransı keçirilib.İnstitutdan verilən məlumata görə, konfransa qeydiyyat elektron qaydada aparılıb, Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən 50-dən çox müəllim və təhsil işçisi, gənc tədqiqatçı və valideynlər qatılıblar.
Konfransı giriş sözü ilə açan professor Ramiz Məmmədzadə
çıxışında Azərbaycan Müəllimlər İnstitutunda həyata keçirilən müxtəlif layihələr, innovativ-öyrədici təlimlərdən danışıb:
“İnstitutda 2006/2007-ci ildən təhsil sahəsində İslahat Proqramına uyğun olaraq “Təhsildə innovasiya kabineti” fəaliyyət göstərir. Əsasnaməyə uyğun olaraq kabinet təhsil sahəsində mövcud olan innovasiyaların üzə çıxarılması, bu problemlə bağlı materialların toplanması, innovasiya bankının (xarici və yerli təcrübə əsasında) yaradılması, təhlili, ümumiləşdirilməsi və pedaqoji kadrlar arasında yayılmasını təmin edir. Hər il onlarla pedaqoq kurikulum təlimindən keçir. Hətta IV kurslarda da artıq neçə ildir ki, kurikulum təlimləri aparılır və bu, məzunlarımızın işə qəbulunda reytinqini artırır. 2012-2014-cü illərdə institutun 100-dən artıq əməkdaşı “Elektron lövhə” və “Veb-2” texnologiyaları üzrə təlimlərdən keçib və öyrəndiklərini uğurla tətbiq edir. Zamanın çağırışına cavab olaraq inklüziv təhsil sahəsində də xeyli təcrübə qazanılıb”.
Sonra konfransda “Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin artırılmasında rolu”, “İnnovasiyaların idarə edilməsi”, “Yeni Təlim Texnologiyaları: Kompüterdən istifadə informasiya mədəniyyətinin formalaşdırılmasının başlıca amili kimi”, “Təhsilin keyfiyyətinin yüksəldilməsində mentorluq sisteminin yaradılmasının rolu”, “Təhsil işçilərinin İKT-dən istifadəsi” və digər mövzularda maraqlı məruzələr edilib.
Sonda konfransın məruzəçilərinə diplomlar, iştirakçılarına isə sertifikatlar təqdim olunub.
CAHANGİR
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet